Azərbaycanın Avropaya aid edilməsi təklif olunub

Azərbaycanın Avropaya aid edilməsi təklif olunub
İQTİSADİYYAT
15:09 07.08.2013
2703

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun alimləri Avropa və Asiyanı bölən sərhəd xəttinə dair yeni təklif irəli sürüb.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, təklif qəbul olunarsa, Azərbaycan coğrafi baxımdan Avropa qitəsinə aid olacaq. 

Sərhəd Qara dənizdə mövcud xətdən başlayaraq Böyük Qafqaz sıra dağları suayırıcısı, Dübrar və Kəmçi dağları və Abşeron yarımadasının şimal hissəsindən keçərək Xəzərə daxil olur. Oradan isə Rusiya və Qazaxıstan alimlərinin təklif etdiyi xəttə birləşərək Qazaxıstanın Mangistau yarımadasından keçir, Ural dağlarının şərq ətəkləri boyu uzanaraq Şimal Buzlu okeandakı mövcud sərhədə birləşir. Ölkəmizdən keçməsi nəzərdə tutulan sərhəd zolağı Azərbaycan Coğrafiya Cəmiyyəti ilə birgə beynəlxalq qaydalara uyğun müəyyənləşdirilib. 

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov bildirib ki, 1964-cü ildə Avropa ilə Asiyanın cənub sərhədi müəyyənləşdirilərkən qəbul edilmiş beynəlxalq elmi-coğrafi əsaslı qaydalara əməl olunmayıb: “Böyük Qafqaz sıra dağlarının suayırıcısı və digər təbii-coğrafi amillər nəzərə alınmamış, sərhəd əsassız olaraq şimala sürüşdürülərək Kuma-Manıç çökəkliyinin mərkəzindən keçirilib”. 

Hazırda Coğrafiya İnstitutunun mütəxəssisləri Fatmai kəndi və Xızı rayonunun Altıağac qəsəbəsi yaxınlığında sərhədin rəmzi göstəricisi olan lövhələr quraşdırır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
16:12 22.09.2026
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
16:00 22.09.2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
15:57 22.09.2026
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
15:48 22.09.2026
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
15:45 22.09.2026
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
15:35 22.09.2026
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
15:29 22.09.2026
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU