Azərbaycanın axtarışa verdiyi həkim İranda tutuldu - FOTO

Azərbaycanın axtarışa verdiyi həkim İranda tutuldu - FOTO
SAĞLAMLIQ
14:07 15.01.2020
5102
Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi 58 yaşı iranlı həkim tutulub.

Report xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137 (İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə) və 144-1-ci (İnsan alveri) maddələri üzrə "İnterpol” xətti ilə beynəlxalq axtarışda olan İran vətəndaşı Mohsen Tahiri İranda saxlanılıb.

Qeyd edək ki, 2018-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində 27 zərərçəkmiş olub. Donorların müayinəsi İranda, orqan köçürmələri isə Gürcüstan və Tacikistanda baş tutub.

Hər əməliyyata görə iranlı həkim Mohsen Tahiriyə və transplantasiyanın həyata keçirildiyi xəstəxanaya pul ödənildiyi bildirilir.

Bu böyrək köçürmələri ilə əlaqədar Gürcüstanda fəaliyyət göstərən "Lancet” tibb mərkəzinin azərbaycanlı rəhbəri Fərman Ceyranlı və Mohsen Tahiri haqqında cinayət işi ayrılıb. Fərman Ceyranlı başqa cinayət işi üzrə Gürcüstanda həbsdədir.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: "Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik"
09:27 13.07.2026
İlham Əliyev: "Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik"
Prezident Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışıb
09:21 13.07.2026
Prezident Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışıb
Şuşada Prezidentin iştirakı ilə Forum başladı - CANLI
09:14 13.07.2026
Şuşada Prezidentin iştirakı ilə Forum başladı - CANLI
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:51 13.07.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq
08:46 13.07.2026
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq
İsraildə parlament seçkisinin keçiriləcəyi tarix AÇIQLANDI
05:36 13.07.2026
İsraildə parlament seçkisinin keçiriləcəyi tarix AÇIQLANDI
Çində milyonlarla insan təxliyə edildi, minlərlə reys ləğv olundu
04:16 13.07.2026
Çində milyonlarla insan təxliyə edildi, minlərlə reys ləğv olundu
Banqladeşdə daşqın nəticəsində 51 nəfər ölüb
03:21 13.07.2026
Banqladeşdə daşqın nəticəsində 51 nəfər ölüb
KİV: SEPAH Küveytdə HIMARS qurğularını məhv edib
02:41 13.07.2026
KİV: SEPAH Küveytdə HIMARS qurğularını məhv edib
Mövsümi meyvələr niyə bahadır? - VIDEO
01:44 13.07.2026
Mövsümi meyvələr niyə bahadır? - VIDEO
Ev sahiblərinin seçimi: Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VIDEO
01:12 13.07.2026
Ev sahiblərinin seçimi: Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VIDEO
Ən tez küsən bürclər açıqlandı – Siz də onların arasındasınız?
00:49 13.07.2026
Ən tez küsən bürclər açıqlandı – Siz də onların arasındasınız?
Əsəbləri sakitləşdirən qidalar hansılardır?
00:32 13.07.2026
Əsəbləri sakitləşdirən qidalar hansılardır?
Qonşuların mübahisəsi qətllə nəticələndi - Ailə bir neçə şəxsdən şübhələnir - VİDEO
00:17 13.07.2026
Qonşuların mübahisəsi qətllə nəticələndi - Ailə bir neçə şəxsdən şübhələnir - VİDEO
Gəncədə yas mərasimində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
00:06 13.07.2026
Gəncədə yas mərasimində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
23:52 12.07.2026
Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu