Azərbaycanın bölgəsində torpaq sürüşməsi oldu

Azərbaycanın bölgəsində torpaq sürüşməsi oldu
Bütün Xəbərlər
18:07 11.02.2012
1289
Azərbaycan ərazisində torpaq sürüşməsi olub. 
AZXEBER/COM-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, sürüşmə Tovuz rayonu, Girzan kəndi yaxınlığında dağlıq ərazidə qeydə alınıb. Nəticədə, həmin ərazidən keçən yolun bir hissəsi torpaqla örtülüb. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən görülmüş tədbirlər nəticəsində əraziyə zəruri texnikanın cəlb olunması və Ceyrançöl qışlağına ərzaq yardımının göndərilməsi təşkil olunub. Hazırda alternativ yolun çəkilməsi istiqamətində tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR