“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO

“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
SİYASƏT
18:29 18.08.2025
401
Türkiyəli tarixçi, professor İlbər Ortaylı Azərbaycan diplomatiyası haqda xoş sözlər söyləyib.

AZXEBER.COM xəbər verir ki, o, çıxışı zamanı Azərbaycanın xarici siyasətinə valeh olduğunu deyib. 

İlbər Ortaylı qeyd edib ki, Azərbaycanın xarici siyasəti və diplomatiyası sanki 1000 ildir ki, qurulub: 

"Azərbaycan xarici əlaqələrdə, diplomatik münasibətlərdə çox yüksək səviyyədədir. Mən onlara valeh olmuşam. Sanki həmin əlaqələr min ildir ki, qurulub. Mən buna məəttəl qalmışam”.

Tarixçi qeyd edib ki, nüfuzu çox olan ölkələr belə Azərbaycan qədər diplomatiyada uğur qazana bilmir: 

"Bu əlaqələr necə qurulub? Hər zaman düşünürdüm ki, onlar UNESCO-nun iclasında nə edəcəklər? Rusca çıxış edəcəklər? Ancaq onlar 2 il sonrakı iclasda başqa bir nəticə nümayiş etdirirlər. Dünyada əhalisi çox olan heç bir ölkə bu cür insanlar yetişdirə bilmir”. 

Mikayıl Mirzəzadə
 
OXŞAR XƏBƏRLƏR