Türkiyənin
məşhur aktrisası Neslihan Atagül "Altın Kələbək" müsabiqəsində iştirak edəcək müğənnilərə dəstək məqsədilə Bakıya gəlir.
AZXEBER.COM-un məlumatına görə, bu il
Azərbaycan ilk dəfə olaraq "Altın Kelebek Mükafatları”nda iştirak edəcək. Ölkəmiz
"Azərbaycanın ən parlaq ulduzu” kateqoriyasında təmsil olunur. Bu kateqoriyaya
namizədlər Röya, Miri Yusif və Nigar Camaldır.
Saçları ilə göz
qamaşdıran Neslihan Atagül də "Altın Kelebek Mükafatları” çərçivəsində 3
noyabrda Bakıda təşkil olunacaq "Möcüzə gecəsi” adlı
tədbirə namizəd olan müğənnilərə dəstək üçün qatılacaq.
Tədbirdə
xanımları Röya, Miri Yusif, Nigar Camalla yanaşı digər ulduzların və djlərin konserti,
müxtəlif şou proqramlar, saç/vizaj stilistlərinin məsləhətləri və digər
sürprizlər gözləyir.
Qeyd edək ki, "Möcüzə Gecəsi”-də ancaq xanımlar iştirak edə biləcəklər.