Azərbaycanın görkəmli alimi dünyasını dəyişib

Azərbaycanın görkəmli alimi dünyasını dəyişib
Bütün Xəbərlər
11:15 17.01.2014
918

Azərbaycanın görkəmli alimi, tarix elmləri doktoru professor Süleyman Əliyarlı dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, S.Əliyarlı dünən axşam saatlarında 84 yaşında vəfat edib.

Süleyman Sərdar oğlu Əliyarlı 18 dekabr 1930-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. 1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirib.

O, 1978-ci ildən 2001-ci ilədək, yəni 23 il Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına başçılıq edib.

1989-2000-ci illərdə Azərbaycan Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasına başçılıq edib.

1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü olub.

1990-cu ildə “Azərbaycanın Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.

2002-ci ildə türkcə və ingiliscə çap olunmuş 26 cildlik “Türklər” ensiklopedik əsərin Yayın Kurulu heyətinin üzvü və müəlliflərindən biri olub.

150-dən çox elmi məqalə, 7 monoqrafiya, 8 kitab müəllifi olan Süleyman Əliyarlı 18 elmlər namizədi və 3 elmlər doktoru yetişdirib.

OXŞAR XƏBƏRLƏR