Azərbaycanın ilk gənclər klubunu kim yaradıb? – SƏNƏDLƏR

GƏNCLİK
22:57 21.11.2012
2200

“Xəzər İntellektual Gənclər Klubu 2001-ci ildə yaradılıb. Klub Azərbaycan dilində mütəmadi intellektual oyunları təşkil edən ilk və yeganə qeyri-hökümət təşkilatıdır. Xəzər klubu fəaliyyətdə olduğu dövrdə ölkədə ana dilində intellektual oyunları mütəmadi təşkil edilməsinə, bu fəaliyyətin ənənə halı almasına nail olub.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Gənclər Klubunun rəhbəri Seymur Teymurov bildirib. Onun sözlərin görə Gənclər Klubu yarandığı gündən bu günədək 16.000-dən çox gənci əhatə edib. O hazırda klubun aktiv üzvlərinin sayının 1500 nəfərdən çox olduğunu söyləyib.

S.Teymurov Azərbaycanda ilk gənclər klubunu yaratdıqlarını söyləyərək bəzi gənclər klublarının onların adından istifadə etdiklərini bildirib. Onun sözlərinə görə, Azərbaycanın ilk gənclər klubu “Xəzər İntellektual Gənclər Klubu”dur:

“Son zamanlar özlərini ilk gənclər klubu kimi təqdim edənlər var. Bunu qəti olaraq pisləyirik. Biz ölkənin nüfuzlu gənclər təşkilatları arasında xüsusi hörmətə malikik. Bir daha qeyd edirəm ki, Azərbaycanda ilk gənclər klubu “Xəzər İntellektual Gənclər Klubu”dur. Bunu təsdiq edən sənədləri sizin vasitənizlə ictimaiyyətə təqdim edirik. Qoy hər kəs bilsin ki, bu cür üsullarla, kiminsə adını oğurlamaq düzgün yol deyil”.

Klub rəhbəri konkret olaraq ad çəkməsə də öz sözlərinin doğruluğunu göstərmək məqsədi ilə redaksiyamıza “Xəzər İntellektual Gənclər Klubu”nun qeydiyyatdan keçdiyi hüquqi sənədləri göndərib.

Mövzuya yenidən qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR