Azərbaycanın məmur qardaşları: Kim kiminlə qardaşdır? - SİYAHI

Azərbaycanın məmur qardaşları: Kim kiminlə qardaşdır? - SİYAHI
SİYASƏT
16:20 25.07.2018
17989
Ölkənin idarə olunmasında yaxından iştirak edən, hər biri müxtəlif sahəyə məsul dövlət məmurlarının həyatı ictimai diqqət çəkir. Əslində burada qəribə bir şey də yoxdur. Bir insan məşhurdusa, yüksək dövlət vəzifəsi daşıyırsa, ictimaiyyətin onun həyatına, ətrafındakı insanlara maraq göstərməsi təbiidir.

AZXEBER.COM Azərbaycanda yüksək vəzifə daşıyan məmurlarla bağlı araşdırma aparıb.
 
Araşdırma nəticəsində məlum olub ki:
 
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qardaşdır. Əhməd Əhmədzadənin 73, Mübariz Əhmədzadənin isə 71 yaşı var. Ə.Əhmədzadə 12, M.Əhmədzadə isə 9 ildir eyni vəzifəni daşıyır.
 
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Milli Məclisin deputatı Malik Həsənov qardaşdır. Kərəm Həsənovun hazırda 49, Malik Həsənovun isə 47 yaşı var. İddialara görə, M.Həsənov paralel olaraq qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və ölkənin ən böyük tikinti şirkətlərindən olan "Azinko”nun sahibidir.
 
Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyevlə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qardaşdır. Xanlar Vəliyevin 63, Elmar Vəliyevin isə 58 yaşı var. E.Vəliyev bir müddət öncə sui-qəsdə məruz qalsa da, hazırda səhhəti yaxşıdır və müalicəsini davam etdirir.
 
Kənd Təsərrüfatı Naziri İnam Kərimovla Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimov qardaşdır. İnam Kərimovun 41, Mətin Kərimovun isə 39 yaşı var. İ. Kərimov son təyinata qədər Asan Xidmətin sədri, M.Kərimov isə Vergilər Nazirliyinin idarə rəisi vəzifələrində çalışıb.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Milli Məclisin deputatı Cavanşir Paşazadə qardaşdır. Şeyxülislamın 69, C.Paşazadənin isə 65 yaşı var. Hələ sovetlər dönəmindən bütün Qafqazın Şeyxi statusunu qoruyan A.Paşazadə tarix elmləri doktoru, professordur.
 
Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevlə Milli Məclisin deputatı Adil Əliyev qardaşdır. Məhərrəm Əliyevin 67, Adil Əliyevin isə 49 yaşı var. M.Əliyev bundan öncə Bakı şəhər Baş Polis İdarəsinin rəisi və Prezident Adminstrasiyasında məsul vəzifədə çalışıb.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tarıyel Qurbanov qardaşdır. Mübariz Qurbanlının 64, Tarıyel Qurabanovun isə 59 yaşı var. M.Qurbanlı eyni zamanda hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavinidir.
 
Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovla bugünlərdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Tofiq Zeynalov qardaşdır. 67 yaşlı general 24 ildir Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edir.

Xatırladaq ki, vaxtilə yüksək vəzifə daşımış sabiq məmurlar arasında da qardaşlar az olmayıb.
 
Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Milli Məclisin keçmiş deputatı Elton Məmmədovla, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev "Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyevlə, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev Səbail rayon Polis İdarəsinin keçmiş rəisi Nazim Nağıyevlə, sabiq Təhsil naziri Misir Mərdanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbərinin müavini İlham Mərdanovla qardaşdırlar.
 
Qardaşlar nümunəsi digər sahələrdə də var. Misal üçün "ATV” teleradio şirkətinin rəhbəri Azər Xəlilovla "CBC” teleşirkətinin rəhbəri Vüqar Xəlilov qardaşdır.
 
Azər Niftiyev,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
15:23 14.10.2026
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?
15:20 14.10.2026
Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?
Rutte: “Lazım olan yerdə cavab verəcəyik”
15:18 14.10.2026
Rutte: “Lazım olan yerdə cavab verəcəyik”