Azərbaycanın məşhur muğam ifaçısı vəfat etdi

MƏDƏNİYYƏT
23:19 10.09.2019
13254
Tanınmış xanəndə Həbib Rəhimov dünyasını dəyişib.

Həbib Rəhimovun vəfatı ilə bağlı "Facebook" hesabında xəbər paylaşan şair Vüqar Əhməd bu barədə açıqlama verib.

O, əməkdaşımızla söhbətində sənətkarın ağır xəstəliyə tab gətirməyib, dünyasını dəyişdiyini söyləyib: "Həbib müəllim bir ildən çox idi ki, ağır xərçəng xəstəsi idi. Özü heç xəstəliyini bilmirdi. Evdəkilər bunu ondan gizli saxlamışdılar. Zəng vurdum ki, vəziyyətini, səhhətinin necə olduğunu öyrənim, yaxınları onun bu gün rəhmətə getdiyi bildirdilər. O, özü Masallının Bədəlan kəndindəndir. Sabah doğulub, boya-başa çatdığı kənddə torpağa tapşırılacaq".
 
///Oxu.Az-

OXŞAR XƏBƏRLƏR