Tanınmış aktyor, “Pərvanələrin rəqsi” serialının “Orxan”ı İlqar Cahangirov Gənc Tamaşaçılar Teatrından işdən çıxarılıb.
Buna səbəb aktyorun bir neçə gün əvvəl ölkə saytlarından birinə verdiyi müsahibə olub.
Aktyor müsahibədə hakimiyyəti ədalətsizlikdə, riyakarlıqda təqsirləndirib.
AZXEBER.COM-un məlumatına görə, teatr aktyorlarının xeberle.com-a verdiyi məlumatda bu barədə İlqar Cahangirə heç bir xəbərdarlıq edilmədiyi bildirilir.