Azərbaycanın xilası bu gündən başlayıb: SSRİ-nin çöküşü, 91-lərin müraciəti, müxalifətin ifşası ...

Azərbaycanın xilası bu gündən başlayıb: SSRİ-nin çöküşü, 91-lərin müraciəti, müxalifətin ifşası ...
SİYASƏT
16:28 16.10.2018
5266
Hər bir xalqın həyatında elə təqvimlər olur ki, həmin təqvimlər bu xalqın taleyində mühüm rola malik olur. 16 oktyabr o təqvimlərdəndir ki, Azərbaycanda bir çox əlamətdar hadisələrlə yadda qalıb.

AZXEBER.COM 16 oktyabrda Azərbaycanda baş verən və ölkəmizin həyatına təsirsiz ötüşməyən tarixi hadisələrin xronoloji ardıcılıığını hazırlayıb.

1921-ci ilin bu günündə Azərbaycan SSR Dövlət Bankı təsis edilib. Müstəqil Azərbaycan Respublikasının bank sisteminin, o cümlədən Milli Bankın yaradılması üçün hüquqi baza bundan bir qədər əvvəl formalaşsa da, məhz bu bankın yaradılması ilə ölkəmizdə bank sektoru sistemli şəkildə formalaşmağa başladı. 1991-ci ildə ölkəmiz dövlət müstəqilliyi əldə edəndən sonra ölkəmizdə digər sahələrlə yanaşı bank sektorunda da sürətli inkişaf baş verdi və hazırda Azərbaycanda onlarla bank fəaliyyət göstərir.

1951-ci ilin bu günündə uzun illər ölkəmizin ən böyük futbol stadionu olan Tofiq Bəhrəmov adına Respublika Stadionu istifadə verilib. Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar stadionun tikinti işləri yarımçıq qalıb. Eyni zamanda 30 mindən artıq azarkeşi qəbul etməyə hazır olan stadion Cənubi Qafqazın ən böyük stadionlarından biridir.

1990-cı ilin bu günündə Azərbaycanın da daxil olduğu SSRİ rəhbəri Mixail Qarbaçov "bazar iqtisadiyyatına keçid" haqqında qərar verdi. Bu qərar sovet ittifaqının çöküşü üçün zəmin rolunda çıxış etdi. Məhz bu qərardan sonra illərdir formalaşan sovet iqtisadiyyatının gözlənilən keçid dövrünə hazır olmaması onun süqutunu tezləşdirdi. Postsovet ölkələrində, o cümlədən Azərbaycanda başlanan müstəqillik hərəkatı daha da gücləndi.

1992-ci ilin bu günündə Azərbaycanın 91 tanınmış ziyalısı o zamanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik edən Heydər Əliyevə müraciət ünvanladı. Ölkə ziyalıları Azərbaycan xalqının təkidli tələblərinə qoşularaq, xalqı bu ağır durumdan çıxarmaq üçün Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi.

2003-cü ilin bu günündə prezidentliyə keçmiş namizəd İsa Qəmbərin tərəfdarları paytaxtda qanunsuz aksiya təşkil edərək, müxtəlif təxribatlar törətdilər. Aksiya zamanı 1 nəfər öldü, onlarla insan yaralandı. Onların arasında dinc sakinlərlə yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları da var idi.

2004-cü ilin bu günündə Heydər Əliyev adına Bakı-Tiflis-Ceyhan boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərindən keçən hissələri təntənəli mərasimlə birləşdirildi. 2006-cı ilin iyun ayından istismara verilən boru kəmərinin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. Boru kəməri Azərbaycanda 13 Gürcüstanda 7 və Türkiyədə 9 bölgədən keçir.

Azər Niftiyev, 
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
13:30 14.10.2026
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
Bakıda 14 küçə və prospekt təmir ediləcək
13:29 14.10.2026
Bakıda 14 küçə və prospekt təmir ediləcək
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
13:27 14.10.2026
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
13:20 14.10.2026
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
13:12 14.10.2026
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
13:06 14.10.2026
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
12:48 14.10.2026
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
12:43 14.10.2026
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
12:33 14.10.2026
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
12:22 14.10.2026
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
12:10 14.10.2026
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
12:00 14.10.2026
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
11:55 14.10.2026
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
11:51 14.10.2026
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
11:39 14.10.2026
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
11:33 14.10.2026
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi