Azərbaycanla Avropa Birliyi arasında saziş imzalanacaq

Azərbaycanla Avropa Birliyi arasında saziş imzalanacaq
İQTİSADİYYAT
12:12 18.09.2013
1797

“Ermənistanda keçirilən “Şərq tərəfdaşlığı” ölkələri xaric işlər nazirlərinin qeyri-formal görüşü bizim üçün faydalı oldu”.APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, “Şərq tərəfdaşlığı”nın noyabrın sonunda Vilnüsdə keçiriləcək zirvə toplantısından əvvəl son görüş olan bu yığıncaqda əsas müzakirə mövzusu proqram çərçivəsində görülən işlər və qarşıdakı sammitdən gözləntilər olub: “Azərbaycan tərəfi təbii ki, öz mövqeyini ifadə etdi. Hesab edirik ki, Vilnüs sammitindən əvvəl və toplantı çərçivəsində bir neçə sənəd, o cümlədən viza rejiminin sadələşdirilməsi və readmissiya ilə bağlı artıq paraflanmış saziş imzalana bilər”.

M. Məmmədquliyev Azərbaycanla Avropa Birliyi arasında nəqliyyat, kənd təsərrüfatı, təhsil, demokratiya və insan haqları sahələrində əməkdaşlığa dair sazişin də imzalanmaq üçün hazırlandığını söyləyib. İkitərəfli əməkdaşlığı möhkəmləndirəcək bir neçə protokol da imzalanacaq.

Nazir müavini qeyd edib ki, Ermənistandakı görüşün əsas müzakirə mövzularından biri bu ölkənin Gömrük İttifaqında qoşulmaq qərarı olub: “AB bununla bağlı öz narazılığını bildirdi. Vilnüs sammitində Ermənistanla assosiasiya və azad ticarət sazişinin imzalanması planlaşdırılırdı, lakin Ermənistanın məlum qərarı bunu mümkünsüz etdi. AB bəyan etdi ki, Ermənistanla hansı formatda əməkdaşlığın mümkün olduğunu nəzərdən keçirəcək”.

M. Məmmədquliyev “Şərq tərəfdaşlığı” ölkələri təhsil nazirlərinin Ermənistandakı görüşünə də qatıldığını deyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
16:12 22.09.2026
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
16:00 22.09.2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
15:57 22.09.2026
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
15:48 22.09.2026
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
15:45 22.09.2026
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
15:35 22.09.2026
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
15:29 22.09.2026
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU