Azərbaycanla İraq arasında ikitərəfli məsələlər müzakirə olunub

Azərbaycanla İraq arasında ikitərəfli məsələlər müzakirə olunub
SİYASƏT
22:28 15.08.2025
560
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev İraqın təşkilatdakı yeni daimi nümayəndəsi Lukman Feyli ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, azərbaycanlı diplomat bu barədə "X" hesabında paylaşım edib.

"İraq Respublikasının BMT-dəki yeni daimi nümayəndəsi, səfir Lukman Feylini ofisimizdə qarşılamaqdan, BMT-nin gündəliyinə dair qarşılıqlı maraq doğuran məsələlər və təşkilat çərçivəsində əməkdaşlığımızın inkişafı ilə bağlı fikir mübadiləsi aparmaqdan məmnun oldum", - o bildirib.
OXŞAR XƏBƏRLƏR