xari

Azərbaycanla Qətər arasında Sərmayələr üzrə Birgə İşçi Qrupun 2-ci iclası keçirilib - FOTOLAR

SOSİAL
22:44 22.02.2021
149
2021-ci ilin 22 fevral tarixində Doha şəhərində Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın çərçivəsində fəaliyyət göstərən Sərmayələr üzrə Birgə İşçi Qrupun 2-ci iclası videokonfrans formatında təşkil olunub.
 
İclas zamanı Azərbaycanla Qətər arasında ticarət, turizm, kənd təsərrüfatı, energetika və digər sahələr üzrə ikitərəfli investisiya əməkdaşlığı nəzərdən keçirilmiş, bu istiqamətdə cəlbedici potensialın və perspektivin olduğu qeyd edilərək mövcud əlaqələrin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri təmsil etdikləri qurumların fəaliyyət və maraq dairələri barədə məlumat vermiş, ikitərəfli investisiya əməkdaşlığının inkişaf etdirilməsinə maraqlarını ifadə edərək müvafiq fəaliyyəti gücləndirməyə hazır olduqlarını bildirmişlər.

Azərbaycanın Qətərdəki Səfiri Rəşad İsmayılov tədbir iştirakçılarına müraciət edərək iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən investisiyalar üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etmiş və bu istiqamətlərdə irəliləyişə nail olmaq üçün atıla biləcək addımlara dair fikirləri ilə bölüşmüşlər.
Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən əlaqələndiricisi olan Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi altında keçmiş toplantıda ölkəmizin bir neçə dövlət qurumunun nümayəndələri Qətər tərəfi ilə əməkdaşlıq imkanları barədə fikirlərini söyləmiş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Dövlət Turizm Agentliyi isə ölkəmizdəki investisiya layihələri barədə ətraflı təqdimatlarla çıxış etmişlər.

Görüşün nəticəsi olaraq, müzakirə olunmuş məsələlərin hər iki tərəfdən nəzarət altında saxlanılması və konkret investisiya layihələrinin müzakirəsi məqsədilə müvafiq qurum və şirkətlər arasında birbaşa əlaqənin yaradılması razılaşdırılmışdır.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:51 26.02.2021

Ərdoğan Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verdi

13:50 26.02.2021

İlham Əliyevdən mesaj: “Digər bir dilin Azərbaycanda rəsmi statusu ola bilməz”

13:43 26.02.2021

Yas və toyların bərpası ilə bağlı AÇIQLAMA

13:41 26.02.2021

İbrahim Kalın: “Xocalı qətliamını unutmayacağıq, unudulmasına icazə verməyəcəyik”

13:39 26.02.2021

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

13:37 26.02.2021

Türkiyə MN: Körpələri belə qətlə yetirən caniləri unutmadıq

13:31 26.02.2021

Bakıda 1 000 manata tapança satmaq istəyən şəxs saxlanıldı - VİDEO

13:19 26.02.2021

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

13:13 26.02.2021

İlham Əliyev: “Belə çıxır ki, varlılar vaksinasiya olunacaq, amma kasıb ölkələr əziyyət çəkəcək?”

13:12 26.02.2021

Azərbaycan Prezidenti: "Bizim erməni xalqı ilə işimiz yoxdur"

13:01 26.02.2021

Prezident: "O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır"

12:54 26.02.2021

"Bu gün ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini işlətməməliyik"

12:41 26.02.2021

“Çıxışlarımda statusun ünvanını göstərmişəm, status haradadır, onu hər kəs bilir”

12:40 26.02.2021

Naftalan şəhərində “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü” yad edilib

12:34 26.02.2021

İlham Əliyev: "Biz Xocalıya da qayıdacağıq!"

12:29 26.02.2021

İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb"