Azərbaycanlı gənclər Bərdəyə raket hücumu ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

GƏNCLİK
12:29 28.10.2020
314
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Tələbələr və Məzunlar Platforması Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket hücumu nəticəsində dinc əhalinin, o cümlədən 7 yaşlı Aysunun qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNİCEF kimi təşkilatlara müraciətlər ünvanlamışlar.
 
AZXEBER.COM xəbər verir ki, müraciətlərdə Ermənistan ordusunun bu ölkənin siyasi-hərbi rəhbərliyinin birbaşa göstərişi ilə Bərdə şəhərini "Smerç” sistemindən raket atəşinə tutması nəticəsində 4 nəfər mülki şəxsin, o cümlədən 7 yaşlı Aysunun qətlə yetirilməsi və 13 nəfər şəxsin ağır yaralanması pislənilir. Bildirilir ki, Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə razılaşdırılmış atəşkəsi ölkəmizin cəbhədən kənar yerləşən şəhərlərini raket atəşinə tutaraq, günahsız şəxsləri, o cümlədən uşaqları qətlə yetirməklə pozması ənənə halını almışdır.
 
Qeyd edilib ki, ilk iki atəşkəs razılaşmasının Ermənistan tərəfindən pozulması Gəncəyə ballistik raketlə vurulan zərbələr nəticəsində onlarla dinc insanın, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi və yaralanması ilə nəticələnmişdir. Bərdəyə hücumun isə bu sırada üçüncü belə atəşkəs pozulması olduğu diqqətə çatdırılmış, bu hücumların Ermənistan rəhbərliyinin çirkin və insanlıq qanunlarından uzaq mahiyyətini, bu dövlətin beynəlxalq razılaşmalara, beynəlxalq hüquqa etinasızlığını bir daha ortaya qoyduğu vurğulanmışdır.
 
Müraciətlərin sonunda dünya ictimaiyyəti Ermənistanı bu terror hərəkətlərinə görə qəti şəkildə pisləməyə, törətdiyi müharibə cinayətlərinə görə bu ölkəni məsuliyyətə cəlb etməyə, eləcə də bölgədə sülhün bərqərar edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırılır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:52 24.11.2020

“Doğma jest dili” layihəsi çərçivəsində hazırlanan lüğətin tərkibi təsdiq edildi

16:48 24.11.2020

İşğaldan azad olunmuş Abdal və Gülablı kəndlərinin videogörüntüləri yayıldı

16:41 24.11.2020

Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək - SƏRƏNCAM

16:37 24.11.2020

İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb - SİYAHI

16:15 24.11.2020

Erməni baş redaktordan çağırış: “Qarabağa dönməyin” - VİDEO

16:10 24.11.2020

Xədicənin təhsil haqlarını öhdəsinə götürən Əziz Sancar kimdir? - VİDEO

15:53 24.11.2020

"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi - FOTO

15:52 24.11.2020

Putindən Qarabağla bağlı yeni açıqlama - VİDEO

15:41 24.11.2020

Şuşaya aparan avtomobil yolunun inşasına start verildi - FOTO

15:18 24.11.2020

Sosial şəbəkədə gündəmə çevrilən 20 yaşlı qazimizin anası danışdı - VİDEO

15:15 24.11.2020

Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı rəsmi AÇIQLAMA

15:06 24.11.2020

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO

15:06 24.11.2020

Ermənistanda daha bir nazir istefa verdi

15:03 24.11.2020

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

14:38 24.11.2020

Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökdü – FOTO

14:34 24.11.2020

Ermənilər Azərbaycan Ordusundan kömək istədi - ANBAAN VİDEO