Azərbaycanlı hakerlərə bəd xəbər - Qanun sərtləşdi

Azərbaycanlı hakerlərə bəd xəbər - Qanun sərtləşdi
Bütün Xəbərlər
01:17 17.07.2012
1645
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb.Qanuna əsasən kompüter sisteminə qanunsuz daxil olma, məlumatları qanunsuz ələ keçirmə, həmin məlumatları saxtalaşdırmaya, kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, kompüter məlumatlarının saxtalaşdırılmasına görə cəzalar sərtləşdirilib.Belə ki, yuxarıda göstərilən qanun pozuntularına yol vermiş şəxs iki ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 1000 manatdan 2000 manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılacaq.Bu cinayət vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilərsə, 3 ilədək müddətdə vəzifə tutma hüququndan məhrum edilməklə 2000 manatdan 3000 manatadək cərimə və ya 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.Əgər əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə törədilərsə, 3 ilədək vəzifə tutma hüququndan məhrum edilməklə 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.Sərəncama əsasən, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Prezidentə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Prezidentə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək və həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
10:32 24.06.2025
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
10:25 24.06.2025
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
10:18 24.06.2025
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
10:17 24.06.2025
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
10:14 24.06.2025
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
10:13 24.06.2025
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
10:04 24.06.2025
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
10:02 24.06.2025
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
Bu rayonlara yağış yağıb - Faktiki hava
09:58 24.06.2025
Bu rayonlara yağış yağıb - Faktiki hava
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
09:54 24.06.2025
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
Azərbaycan nefti ucuzlaşıb
09:43 24.06.2025
Azərbaycan nefti ucuzlaşıb
Prezident:""8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək"
09:41 24.06.2025
Prezident:""8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək"
İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir
09:36 24.06.2025
İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir
İranla İsrail arasında atəşkəs qüvvəyə mindi
09:34 24.06.2025
İranla İsrail arasında atəşkəs qüvvəyə mindi
Bəzi çaylarda suyun səviyyəsi artıb
09:31 24.06.2025
Bəzi çaylarda suyun səviyyəsi artıb
Bakıda yük maşını piyadanı vurub
09:20 24.06.2025
Bakıda yük maşını piyadanı vurub