Azərbaycanlı kişi aparıcı "Üç Bacı" serialının baş rolunda

MAQAZİN
08:15 26.09.2012
2853
Bakıda "Üç bacı" serialının çəkilişlərinə başlanılıb.
AZXEBER.COM-un Trend.Life-a istinadən verdiyi xəbərə görə, serialda baş rolları teleaarıcılar Mirsalam Mirsalamov, Dilarə Əliyeva, Tünzalə Əliyeva və Ülviyyə Əliyeva ifa edəcəklər."İlk dəfədir ki, tele serialda baş rollardan birini ifa etmək mənim üçün sınaq oldu. Adətən çəkliş meydançasını mən idarə edirəm. İndi isə özümü aktyor kimi sınamaq istəyirəm. Düşünürəm ki, hər şey alınacaq. Çəkilişlərin birinci günü mənim çox xoşuma gəldi. Ssenari də çox maraqlıdır", - M.Mirsalamov Trend Life-a açıqlamasında bildirib.Serial "SOY Production" tərəfindən çəkilir. Çəkilişlərdə əməkdar artist Cəfər Namiq Kamal da iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR