Azərbaycanlı muğam ustasına Türkiyədən serial təklifi gəldi

Azərbaycanlı muğam ustasına Türkiyədən serial təklifi gəldi
MƏDƏNİYYƏT
21:20 20.09.2012
1772
Azərbaycanın əməkdar artisti, muğamlarımızın və xalq mahnılarımızın mahir ifaçısı Bəsti Sevdiyevaya Türkiyədə film və serial çəkən bır sıra şirkətdən dəvət gəlib.
Bu barədə tanınmış muğam ustasının mətbuat katibi Cəfər Mənsimi məlumat verib. Onun sözlərinə görə, tanınmış xanəndəyə həmin şirkətlərin istehsal etdiyi bir sıra serial və filmlərində rol almaq təklif olunub.
Mətbuat katibi xanəndənin təklifləri dəyərləndirib-dəyərləndirməmək haqqında düşündüyünü deyib.
“Gözləmədiyimiz bir anda, bizə bir sıra şirkətlərdən “Bəsti xanımı istehsal etdiyimiz serial və filmlərin birində ana rolunda görmək istəyirik” deyə müraciət daxil oldu. Maraqlısı odur ki, bizə bir şirkətdən yox, bir neçə şirkətdən eyni zamanda təklif gəlib. Bu təklifləri Bəsti xanımın aktiv fəaliyyətinin nəticəsi kimi qiymətləndirirəm. Görünür, xanəndənin fəaliyyəti film çəkən şirkətlərin gözündən yayınmayıb. Şirkətlərin adını hələ ki, açıqlamaq istəmirik. Amma yalnız onu qeyd edə bilərəm ki, həmin şirkətlər bu günə kimi Türkiyənin bir sıra məşhur serial və filmlərinin istehsalçısı olublar. Hazırda biz həmin şirkətlərlə danışıqlar aparırıq. Hər halda hansı şirkətin təklifi daha yaxşı olarsa, onu dəyərləndirməyə çalışacayıq”.
Qeyd edək ki, Bəsti Sevdiyeva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya teatrı aktyoru fakültəsini bitirb. Bu günə kimi bir sıra teatr tamaşalarında müxtəlif obrazlar canlandırıb.
Maraqlı məqam odur ki, Bəsti Sevdiyeva ilə yanaşı onun mətbuat katibinə də film və ya serialların birində rol almaq təklifi olunub. Bu təklifə münasibət bildirən Cəfər Mənsimi ANS PRESS-ə açıqlıamasında “Mən hazırda təhsil alıram. Əgər bu təklifi dəyərləndirərəmsə, təhsilimi dayandırmaq məcburiyyətində olacam. Mənim üçün təhsil daha önəmlidir. Ona görə hələ təhsil alıb, daha sonra bu işlər barəsində düşünə bilərəm” deyə qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb