Azərbaycanlı müğənni daha aparıcılıq etməyəcək - FOTOLAR

MAQAZİN
14:45 03.10.2012
3199
Günay İbrahimli müvəqqəti olaraq efirdə görünməyəcək.
AZXEBER.COM-unməlumata görə, Space TV-də yayımlanan “Plus-Minus” maqazin proqramının aparıcılarından biri, populyar estrada müğənnisi Günay İbrahimli öz istəyi ilə verilişdən uzaqlaşıb.Əməkdaşımızla söhbəti zamanı müğənninin prodüseri Təranə Səmədova eşitdiklərimizi belə təsdiqlədi: “Məlum olduğu kimi, Günay həmin verilişi teleaparıcı Günel Hümbətova ilə birlikdə təqdim edirdi. Son həftələr işlərimizin həddindən çox olması çəkilişlərdə vaxtında iştirak edə bilməməyimizlə nəticələnirdi.Sırf buna görə verilişin yaradıcı heyəti ilə danışdıq və onlar da anlayış göstərib, Günayın müvəqqəti olaraq aparıcılıq fəaliyyətini dondurmaq istəyini hörmətlə qarşıladılar. Günellə Günayın çox yaxşı münasibətləri var və bu dostluğu bundan sonra da davam etdirəcəklər”.Təranə bir neçə ay ərzində Günayın adının tələb olunan sənətçilər sırasına yazılmasından da məmnunluqla danışdı:“Tanışlığımız uzun illərə söykənsə də, Günay İbrahimli ilə yaradıcı əməkdaşlığa başlamağımızın heç bir ili tamam olmayıb. Bu çox sevindiricidir ki, qısa zaman ərzində Günay bir-birindən sevilən hitlər yazdırıb, tamaşaçıların sevdiyi müğənnilər sırasında olmağı bacardı.Artıq nəinki Azərbaycan, ölkəmizin hüdudlarından kənarda da yaradıcı təkliflər almaqdadır. Bu hər ikimizin uğurudur. Ən azından sübut etdik ki, heç bir qalmaqal olmadan, yalnız mahnıları ilə müğənni özünə auditoriya qazana bilər”.

OXŞAR XƏBƏRLƏR