Azərbaycanlı müğənni Hollandiyaya getdi

MƏDƏNİYYƏT
18:00 10.12.2012
1531

Türkiyənin TRT Avaz telekanalı vasitəsilə yayımlanan "Azərinlə bir Avaz" verilişi bu axşam canlı şəkildə təqdim olunmayacaq.

ANS -in məlumatına görə, bu həftə tamaşaçılar verilişin təkrarlarından birini izləyə biləcək. Buna səbəb Azərbaycanın əməkdar artisti Azərinin insan hüquqlarının müdafiə günü ilə bağlı Amsterdamda keçirilən irimiqyaslı tədbirə dəvət alması olub. 

Bu məlumatı müğənninin özü də təsdiqləyib. Azərin bu mərasimdə iştirak edib və Azərbaycan mahnısını ifa etməklə qonaqların böyük alqışını qazanıb. Azərinin Azərbaycan hüdudlarından kənarda fəaliyyəti hər zaman maraqla izlənir. Məhz beynəlxalq səviyyədə keçirilən bu kimi tədbirlərdə Azərbaycanın səsinin eşidilməsmi, musiqimizin, mədəniyyətinmizin təbliği təqdirəlayiq hal kimi qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR