Azərbaycanlı rejissor Yerevanda mükafat aldı - VİDEO

Azərbaycanlı rejissor Yerevanda mükafat aldı -  VİDEO
MƏDƏNİYYƏT
14:55 15.07.2013
2929

Elmar İmanovun Yerevan Qızıl Ərik beynəlxalq kino festivalına təqdim etdiyi "Tabutçunun yelləncəyi" qısametrajlı filmi 2012-ci ildə Amerika Kino Akademiyasının bürünc mükafatını alıb.

Azərbaycanlı rejissor Elmar İmanovun 29 dəqiqəlik “Tabutçunun yelləncəyi” filmi 10-cu Yerevan beynəlxalq “Qızıl ərik” kino festivalının “Çəyirdək” qısametrajlı filmlər nominasiyasında jürinin xüsusi diplomuna layiq görülüb.

Bu nominasiyada əsas “Qızıl ərik” mükafatı israilli kinorejissor Leonid Prudovski alıb. Onun “Xoş gəlmisiniz və... başsağlığı veririk” filmi 1991-ci ildə Sovet İttifaqından İsrailə kütləvi mühacirətdən bəhs edir.

Elmar İmanovun Yerevan festivalında nümayiş etdirilən filmi 2012-ci ildə ən yaxşı xarici film nominasiyasında Amerika Kino Akademiyasının gənc kinematoqrafçılar üçün bürünc mükafatını (Tələbə Oskarı) alıb .

Yarımsaatlıq film ata və oğul arasındakı çətin münasibətlərdən bəhs edir. Filmin çəkilişləri 2011-ci ildə Bakıdan 55 km aralıda, Cəngidə aparılıb.

27 yaşlı Elmar İmanov Bakıda anadan olub, 13 yaşından valideynləri ilə Almaniyanı Köln şəhərində yaşayır. Orada Beynəlxalq Kinematoqrafiya Məktəbini bitirib. İndiyədək bir neçə qısametrajlı və sənədli film çəkib.

“Boykota əmr verilməyib”

Azərbaycan filmləri festivalını keçirmək üçün Vanadzor şəhərində ofisində yer təqdim etdiyi üçün ictimai töhmətə və tənqidlərə məruz qalmış “Asparez” jurnalistlər klubunun rəhbəri Levon Barseğyan isə öz bəyanatında “bir sıra ictimai təşkilatlardan və vətəndaşlardan” nə üçün bu dəfə Azərbaycanlı rejissorun filmi boykot olunmadığını xəbər almağı təklif edir.

“Yəqin durum dəyişib. Qızıl Ərik dövlət layihəsidir, bu isə o deməkdir ki, idarə olunur və nəzarət altında saxlanır”, - ictimai fəal Georgi Vanyana istinadən “1in.am” portalı xəbər verir.

Sülh fəalı Georgi Vanyanın 2010-2012-ci illərdə Ermənistanda Azərbaycan filmləri festivalını keçirmək cəhdləri kütləvi etiraz aksiyaları ilə qarşılanmış və təşkilatçılara qarşı zorakılıqla müşayiət olunmuşdu.

“Filmin keyfiyyəti vacibdir”

Qızıl Ərik festivalının mətbuat katibi Anahit Ordyan isə Elmar İmanovun filminin Almaniya istehsalı olduğunu və "Azərbaycan filmi" kimi təqdim olunmadığını bildirib.

“Hərçənd filmin rejissoru Azərbaycan mənşəlidir, başlıcası filmin hansı ölkə tərəfindən təqdim olunmasıdır”

Festivalın proqramlar direktoru Mikael Stamboltsyan da filmlərin hansı ölkədə istehsal olunduğuna əhəmiyyət verilmədiyini bildirib.

“Bizim deviz “Mədəniyyətlər dialoqudur”, festivalda “Sərhədsiz rejissorlar” proqramı və erməni-türk platforması da vardır. Odur ki, bunun bizim üçün əhəmiyyəti yoxdur. Biz filmin hansı ölkədən olmasına baxmırıq, onun yaxşı ya pis olmasına fikir veririk”, - deyib Stamboltsyan.

Yerevan 10-cu kino festivalının “Qızıl ərik” baş mükafatı Srđan Goluboviç-in “Circles” bədii filminə verilib.

112 dəqiqəlik bu film keçmiş Yuqoslaviya ərazisində 1993-cü il müharibəsindən bəhs edir. (bbcazərbaycan)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı