Azərbaycanlı teleaparıcının Facebook profili dağıdıldı
MAQAZİN
07:37 21.09.2012
2414
Murad Əzimzadənin profili haker hücumuna məruz qalıb.Bu barədə teleaparıcının özü məlumat verib: "Facebook-da fəal istifadəçilərdən biri kimi xeyli vaxtdır qeydiyyatdayam. Və profilimin haker hücumuna məruz qalması ilk dəfə baş vermir.Sağ olsun proqramçı dostlarım, onların sayəsində virtual hücumların qarşısını ala bilmişəm. İndi də profilimi geri qaytarmaq üçün dostlarım çalışırlar. Ümidvaram ki, yaxın saatlarda səhifəmin fəaliyyəti bərpa olunacaq", - deyən Murad fikirlərini belə dilə gətirdi.