Azərbaycanlı tələbələr aksiya keçirdilər

İQTİSADİYYAT
07:52 09.08.2012
2330

Ötən gün Qori şəhərinin icra hakimiyyəti binasının önündə Gürcüstan Azərbaycanlı Tələbələr Assosiyasiyasının (GATA) təşkilatçılığı ilə azərbaycanlı tələbələrin aksiyası keçirilib. Məlumata görə, 150-yə qədər azərbaycanlı tələbə və QHT nümayəndələri avtobuslarla Qori şəhərinə gələrək aksiyada iştirak ediblər.

Aksiya dinc xarakter daşıyıb və tədbirdə “Gürcüstan-Mənim Vətənimdir!”, “Rusiya təcavüzkardır”, “Müharibəyə yox deyək!”, “Gürcüstan Qafqazda sülh arzulayır!”, “Yaşasın Gürcüstan!”, “Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ. İşğala son” və digər məzmunlu şüarlar səsləndirilib.

Aksiyada GATA-nın sədri Samirə İsmayılova gənclər qarşısında çıxış edərək indi aksiya keçirdikləri meydanda 2008-ci ilin avqustunda dinc əhali və jurnalistlərin öldürüldüyünü qeyd edib. Onun sözlərinə görə, müharibə heç kimə xeyir gətirməyib.

“Biz Gürcüstanda yaşayan azərbaycanlılar həmişə gürcülərlə həmrəyik, birik. Onların dərdi bizim dərdimiz, bizim dərdimiz onların dərdidir. Abxaziyada və Osetiyada, eyni zamanda Dağlıq Qarabağda baş verən münaqişələr Rusiyanın əli ilə törədilib. Biz azərbaycanlı gənclər gürcü cəmiyyətinin bir hissəsi və Gürcüstan vətəndaşlarıyıq. Vətənimizin bir hissəsi işğal edilib. Bu gün Gürcüstanda dövlət bayraqları 4 il bundan əvvəl baş verən müharibə qurbanlarının xatirəsini yad etmək üçün aşağı endirilib. Bu faciəni biz azərbaycanlılar da duyuruq, yad edirik”.

Tədbirdən sonra gənclər əllərində Gürcüstanın və GATA-nın bayraqları Rusiya-Gürcüstan müharibəsində həlak olanların xatirəsini yad etmək üçün Qorinin mərkəzində qoyulan abidə önünə gələrək burada həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra abidə önünə əklillər qoyulub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir