Azərbaycanlı tələbələr : “Desəm öldürərlər, deməsəm ölərəm”

GƏNCLİK
02:32 10.12.2011
3165

Türkiyənin paytaxtı Ankara şəhərində Urmiya gölünün qurudulmasına dair Azərbaycanlı tələbələr tədbir keçirdi!

Azərbaycan Tələbə və Məzunlar Birliyi, 8 dekabr - cümə axşamı günü Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində yerləşən Ankara Universitetinin Hüquq fakultəsi, Cəmil Bilsəl salonunda “Urmiya qışqırır : Desəm öldürərlər, deməsəm ölərəm” adlı konsert və rəqs tədbiri keçirilib.

AZXEBER.COM-un məlumatına görə, tədbirdə Ankara Universiteti Hüquq Fakultəsi dekan müavini Dos. Dr. Cavid Abdullahzadə, Azərbaycan Səfirliyi Təhsil işləri ilə bağlı nümayəndəsi Dos. Dr. Nəcibə Nəsibova, Türkiyə Respublikası Baş Nazirliyi Xarici Türklər və Əqrəba Topluluqlar Nazirliyindən səlahiyyətlilər və Türk Dünyasıdan tələbələr iştirak etdi.

Sayğı duruşu və Türkiyə ilə Azərbaycan Himnlərinin oxuması ilə başlayan tədbir, qurudulan Urmiya gölünü anladan bir videogöstərişlə davam etdi.

Cavid Abdullahzadə, Nəcibə Nəsibova və Azərbaycan Tələbə və Məzunlar Birliyinin sədri Saday Alışovun açılış danışıqlarının ardından, Azərbaycan xalq rəqslərindən ibarət rəqsləri nümayiş olundu və Güney Azərbaycandan gələn musiqiçilər səhnədə öz yerini aldı.

Tədbirdə qunaq olaraq iştirak edən Güney Azərbaycanın nadir səsi Cavid Təbrizli də konsertin bir bölməsində səhnəyə çıxaraq bir əsərini səsləndirdi. Dinləyicilər son olaraq, Güney Azərbaycanın səsini rep musiqisi ilə dünyaya duyuran və eyni zamanda Təbrizin futbol komandası Tiraxturun (Traktor) marşını hazırlayan Toratanın musiqisi ilə əyləndilər.

Bu vasitə ilə, Azərbaycanlı tələbələr həm xalq mədəniyyətindən nümunələr təqdim etdilər, həm də Güney Azərbaycanın haqqlı iddiasını Türkiyədə duyurmuş oldular.

OXŞAR XƏBƏRLƏR