Azərbaycanlı tələbəni dərsdən çağırıb döydülər

Azərbaycanlı tələbəni dərsdən çağırıb döydülər
Bütün Xəbərlər
12:13 12.04.2014
902
Tuncay canını qaçmaqla qurtara bilib.
Ukraynanın Kiyev Hüquq və İqtisadiyyat Universitetində təhsil alan azərbaycanlı tələbə Gürcüstanda yerli sakinlərin hücumuna məruz qalıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, universitet Ukraynada baş verən proseslərdən dolayı fəaliyyətini müvəqqəti Gürcüstanın paytaxtı Tbilisidə davam etdirir.
Bu səbəbdən də tələbələr təhsillərini davam etdirmək üçün sözügedən şəhərə üz tutublar.
Xoşagəlməz hadisə Tuncay Türbəndəzadə adlı tələbənin başına gəlib.
O bildirib ki, dünən sərxoş vəziyyətdə olan bir neçə yerli sakin ona sataşıb.
Bu gün isə bu hadisəni həmin şəxslərin diqqətinə çatdırmaq və davranışlarının düzgün olmadığını onlara izah etmək üçün yaxınlaşan azərbaycanlı tələbənin iradlarını əvvəl susqunluqla qarşılayıblar.
Lakin bir müddətdən sonra tələbəni dərsdən çağırtdırıb döyüblər. Tuncay canını qaçmaqla qurtara bilib.
OXŞAR XƏBƏRLƏR