Bu ilin oktyabr ayında Yunanıstanda keçirilən “Womex” beynəlxalq musiqi festivalının əsas iştirakçılarının ifası toplu şəklində buraxılıb.
Azərbaycanı bu festivalda təmsil edən xanəndə Qocaq Əsgərovun ifası da 10 minlərlə tirajlanan diskə daxil edilib.Xanəndə bildirib ki, sözügedən yarmarka xarakterli festivalda dünyanın 866 musiqiçisinin adı namizəd siyahısına daxil edilib:“Münsiflər heyəti bunların arasından 34 ən yaxşı ifaçını seçib, adını festivalın proqramına daxil etdi. Beynəlxalq səviyyəli tədbirin təşkilatçıları və münsiflər heyəti bir neçə həftə öncə isə həmin 34 ifaçıdan 20-ni müəyyənləşdirərək ifasını diskə daxil edib”.Diskə xanəndənin ifasında “Bayatı-Şiraz” muğamından bir parça və “Küçələrə su səpmişəm” xalq mahnısı daxil edilib:“10 minlərlə disk dünyanın dörd tərəfində satışa buraxılıb. Maraq böyükdür. Lakin Azərbaycan istisnadır. Yaxşı olardı ki, buradakı şirkətlərdən biri digər ölkələr kimi bu məsuliyyəti öz üzərinə götürərdi”.Xanəndə onu da əlavə gedib ki, festivala qatılmasında Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun eksperti Sənubər Bağırovanın əməyi olub. Həmin tədbirdən sonra müxtəlif ölkələrdən olan menecerlər azərbaycanlı musiqiçiyə konsert təklif edib.