Azərbaycanlı yazıçı aclıq aksiyasına başladı

Azərbaycanlı yazıçı aclıq aksiyasına başladı
Bütün Xəbərlər
12:40 14.09.2011
1425
Moldovada həbs edilən azərbaycanlı yazıçı Eduard Bağırov həbs müddətinin növbəti dəfə uzadılmasından sonra aclıq aksiyasına başladığını elan edib. "Sabahdan (14.09.2011) məni bu iylənmiş barakdan buraxana qədər qida qəbulundan tam imtina edirəm", deyə Bağırovun müraciətində bildirilib. Çərşənbə axşamı Bağırovun həbs müddəti dördüncü dəfə 1 aylığına uzadılıb. Bağırov yazıb ki, Moldova prokurorluğu "məndən Tkaçukun (ölkə prezidenti vəzifələrini müvəqqəti icra edən Mariana Lupunun əsas siyası rəqibi red.) əleyhinə məlumat almaq istəyir". Bundan əvvəl, Rusiya Xarici İşlər Nazirliyi Moldova rəhbərliyindən Rusiya vətəndaşı olan yazıçı və bloger Eduard Bağırovun həbs olunmasının səbəbləri haqda təcili informasiya verməyi tələb edib. Bu barədə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin Moldovanın Rusiydakı səfiri Andrey Hequseylə keçirdiyi görüşdə danışıb. Xatırladaq ki, Eduard Bağırov iyun ayının 16-da Moldovanın paytaxtı Kişinyov şəhərində 30 sutkalıq saxlanılıb. Moldova Baş prokurorluğu iyunun 27-də rəsmi şəkildə Eduard Bağırovun 2009-cu ildə keçirilən kütləvi iğtişaşlarda iştirak etdiyini bəyan edib. Buna səbəb isə onun şəbəkə gündəliyində dərc edilmiş məqalələr olub. Müəllif orada bir neçə dəfə etirazlarda şəxsən iştirak etdiyini xatırladıb, həmçinin müasir Moldova siyasətçiləri və məmurları barədə o qədər də xoş olmayan xarakteristika verib.
OXŞAR XƏBƏRLƏR