"Azərbaycanlılar Kıbrısın mühitinə digər xarici tələbələrə nisbətən daha asan uyğunlaşırlar"

GƏNCLİK
01:01 20.10.2011
1786
AZXEBER.COM-un müsahibi Şimali Kipr Respublikasında yeganə dövlət universiteti olan Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztoprakdır. Qısa arayış: Bu təhsil ocağı 1979-cu il də Yüksək Texnoloji İnstitut adı altında fəaliyyətə başlayıb. 1986-ci ildən etibarən isə Doğu Akdeniz Universiteti adlandırılıb.Universitetdə dərslər əsasən ingilis dilində keçirilir. Hazırda burada 9 fakültə var: mühəndislik, fənn və ədəbiyyat, biznesin idarə edilməsi, iqtisadiyyat, memarlıq, təhsil, rabitə, hüquq, sağlıq bölümləri və bu il açılan əczaçılıq.
DAU-nun ən böyük hədəfi bütün proqramlarının beynəlxalq akkreditasiyalı olmasıdır. Keçən il mühəndislik fakültəsinin bütün proqramları ABŞ-ın ABETE ( Accreditation Board for Programs in Engineering and Technology) akkreditasiyası alıb.
- Abdullah bəy, universitetinizdə neçə ölkədən tələbə təhsil alır?
- Doğu Akdeniz Universiteti yenilikləriylə qabaqcıl olmağa və keyfiyyətdə zirvəyə qalxmaq hədəfi ilə beynəlxalq səviyyəli təhsil ocağıdır. Burada 68 fərqli ölkədən 14.000-dən çox tələbə təhsil alır və 35 ölkədən 1000-dən çox müəllim çalışır.
- Elmi dərəcəsi olanlar nə qədərdir?
- 300-ə yaxın. Yeri gəlmişkən söyləyim ki, universitetdə Azərbaycandan 13 müəllim çalışır. Bunlardan riyaziyyat fənni üzrə bölüm rəhbərini, fənn və ədəbiyyat dekanını, türk dili üzrə bölüm rəhbərini misal göstərə bilərəm.
- Beynəlxalq təşkilatlarla əməkdaşlıq edirsinizmi?
- Hazırda biz universitet olaraq, bir çox əhəmiyyətli beynəlxalq təşkilatların üzvüyük. Məsələn, Avropa Universitetləri Birliyi, İslam ölkələri Universitetlər Federasiyası, Dünya Universitetləri Birliyi və s.
- 2010-2011-ci tədris ili universitetiniz üçün nə ilə yadda qaldı?
Hər kəs bizim diplomumuzu tanıyır. Amerikanın özünə belə tələbələrimiz gedə, orada önəmli qurumlara üzv də ola bilər və orada bir çox sahələrdə problemsiz olaraq işləyə də bilər. Ona görə də akkreditasiyalı proqramlara əhəmiyyət veririk.
- Xarici tələbələrin DAU-ya maraq göstərməsinin səbəbi nədir?
- Bizim üstünlüyümüz akkreditasiyalı proqramlarımızdadır. Bundan başqa, biz bir kampus universitetiyik. Bütün tələbələrimiz bir yerdədir. Onlar birlikdə bir çox fəaliyyət növləri ilə məşğul olurlar. Davamlı olaraq istədiyiniz hər bir şeyi kampus içərisində tapa bilərsiniz. Universitetin kampus içərisində və böyük şəkildə olması çox önəmlidi. Şəhərcikdə tələbələrin bir çox idman fəaliyyətlərini edə bilmələri üçün də lazımlı mühit var.
Universitetimizdə 50-dən çox tələbə klubu fəaliyyət göstərir. İdman sahəsində müvəffəqiyyət göstərən tələbələrə müxtəlif təqaüdlər də verilir. Universitetimizin 140.000-dən çox kitaba malik elektron kitabxanası var.
DAU şəhərciyində 11 tələbə yurdu mövcuddur ki, bu da cəmi 5000 tələbəyə sığınma imkanı verir.Tələbələrin təxminən 40 faizi yurdda məskunlaşıb.
Tələbəyə təkcə diplom vermirik. Kampusun içində digər millətlərdən olan tələbələr üstünlük təşkil etdiyi üçün onlar bir-biriləri ilə ünsiyyət qurur və dünyagörüşləri inkişaf edir.
Texnoloji imkanlardan həmişə yararlanmağa çalışırıq. Çox zəngin laboratoriyalarımız var.Biz bir dövlət universitetiyik. Amma özəl universitet kimi davranırıq. Öz xüsusi büdcəmiz var. Dövlətdən də dəstək alırıq. Amma büdcəmizin böyük əksəriyyətini tələbələrdən aldığımız ödəniş və yurdlardan aldığımız pul ilə təmin edirik.
Bundan başqa, təhsil səviyyəmizin yüksək olması, mədəni mühit də ingiliscə təhsilin verilməsi tələbələrin bizim universitetə marağını artırır. Dünyada qəbul edilcək bir səviyyədə təhsil veririk.Bir çox universitetlərlə əməkdaşlığımız var. Bundan başqa, Kıbrısın çox sakit və etibarlı olması da tələbələrimizin sayının artmasına səbəb olur.
Tələbələrimizin ehtiyacı olan mövzuları araşdırıb, dər
hal lazımi tədbirləri həyata keçiririk.
- Tanınmış məzunlarınız kimlərdir?
- Sudanda Gənclər və İdman naziri, KKTC TÜRKCEL-in ümumi müdiri, İstanbul hava limanının müdiri bizim tanınmış məzunlarımızdandı.
- Keçən illərə nisbətən bu il azərbaycanlı tələbələrin də Doğu Akdeniz Universitetinə diqqəti artıb. Maraqlıdır, azərbaycanlılar başqa xarici ölkələrdən gələn tələbələrdən nə ilə fərqlənirlər?
- Keçən il 200 nəfər tələbə bizim universitetdə təhsil almaq şansını qazanıb. Bu il isə yeni gələn azərbycanlı tələbələrin sayı 280-dir. Hazırda Azərbaycandan 480 nəfər tələbəmiz var. Bu il gələn tələbələrdən 20-nəfəri 600-dən çox bal toplayan abituriyentlərdir. İnanıram ki, onlar bizim tanınmış məzunlarımız sırasına daxil olacaqlar.
Azərbaycanlılar Kıbrısın mühitinə digər xarici tələbələrə nisbətən daha asan uyğunlaşırlar. Buna, dillərimizin və mədəniyyətimizin çox yaxın olması səbəb ola bilər.
- Təhsil sahəsində rəqabətin olmasına necə baxırsınız? Və elə bir universitet varmı ki, onunla rəqabətdəsiniz?
- Təbbi ki. Bütün universitetlər bizim üçün rəqibdirlər. Bizim əsas məqsədimiz, daha da irəli getməkdir. Biz onlardan daha yaxşı olduğumuzu isbat etməyə çalışırıq.
- Təhsilin dünya üzrə inkişafı üçün nələri tövsiyə edərdiniz?
- Mənim tövsiyəm beynəlxalq səviyyəyə yüksəlməkdir. Biz hər bir kəsin anladığı, bir-birini tanıyacağı təhsillər verməliyik. Tələbələr xarici ölkələrə gedən zaman hər hansı bir problemlə üzləşməməlidirlər. Avropa ölkələrinin əksəriyyətində bu var. İnşaallah bir gün islam ölkələri də öz aralarında ortaq məxrəcə gəlib, yüksək səviyyəyə qalxarlar.
Cəfər Mənsimi

OXŞAR XƏBƏRLƏR