Azərbaycanlılar niyə boşandıqları adamla yenidən evlənirlər?

Azərbaycanlılar niyə boşandıqları adamla yenidən evlənirlər?
SOSİAL
22:25 28.06.2026
398
Azərbaycanda son illər boşanma hallarının çoxalması ilə yanaşı, ayrıldıqdan sonra yenidən eyni şəxslə ailə quranların da sayında diqqətçəkən artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ildə ümumilikdə 1008 nəfər əvvəllər nikahda olduğu və sonradan boşandığı şəxslə yenidən nikaha daxil olub. Bu rəqəmlər cəmiyyətdə ailə institutunun mürəkkəb dinamikasını və insanların ayrılıq qərarından sonra keçdiyi mənəvi-psixoloji prosesləri yenidən gündəmə gətirir.

AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, psixoloqlara görə, azərbaycanlı cütlüklərin boşandıqları tərəfdaşla yenidən evlənməsinin arxasında həm sosioloji təzyiqlər, həm də daxili emosional bağlılıq dayanır. Psixoloqların fikrincə, bir çox cütlük impulsiv, yəni ani hirslə və ya kiçik münaqişələr zəminində boşanma qərarı verir. Ayrılıqdan sonra tərəflər tənhalıq hissi keçirir, hisslər soyuduqdan sonra isə səhvlərini anlayaraq keçmiş həyat yoldaşının müsbət tərəflərini daha aydın görməyə başlayırlar.

Mütəxəssislər onu da qeyd edir ki, burada ortaq uşaqların varlığı və cəmiyyətin, xüsusən də ailələrin "uşaqlar yetim qalmasın" təzyiqi mühüm rol oynayır. Eyni zamanda, boşanmış qadınların sosial və iqtisadi müstəvidə qarşılaşdıqları çətinliklər, eləcə də tanış və öyrəşdikləri mühitə qayıtmaq istəyi onları bu addımı atmağa sövq edir.

Psixoloqlar vurğulayır ki, köhnə problemlər həll olunmadan edilən təkrar evliliklər bəzən yeni böhranlara yol açsa da, yetkinlik dövründə atılan addımlar ailəni daha da gücləndirə bilər.
OXŞAR XƏBƏRLƏR