Azərbaycanlıların xaricdəki qeyri-qanuni silahlı birləşmələrə qoşulma halları ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanlıların xaricdəki qeyri-qanuni silahlı birləşmələrə qoşulma halları ilə bağlı RƏSMİ AÇIQLAMA
SİYASƏT
13:00 16.12.2019
3497
"2016-cı ildən sonra Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki qeyri-qanuni silahlı birləşmələrə qoşulma halları qeydə alınmayıb".

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib.

S.Heydərov vurğulayıb ki, qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar da səhv etdiklərini, aldandıqlarını etiraf ediblər:

"Məsuliyyətə cəlb olunmuş şəxslərin ifadələrindən biz bunu görürük, eləcə də onların yaxınları, qohumlarından da eşidirik".
OXŞAR XƏBƏRLƏR