Azercell Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır - Fotolar

Azercell Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır - Fotolar
İQTİSADİYYAT
14:55 12.11.2019
3654
Azercell özünün daimi tərəfdaşı - Ericsson ilə birlikdə Fəvvarələr Meydanındakı Müştəri Xidmətləri Mərkəzində (Tağıyev küçəsi, 26A) mətbuat nümayəndələri və bütün ziyarətçilərə mobil telefonda 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaradıb. Sınaq zamanı 1GB/san-dən daha artıq yükləmə sürəti qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, 5G şəbəkəsinin demo istifadəsi çərçivəsində Azercell dekabr ayının əvvəlində Fəvvarələr Meydanında azsaylı dünya operatorları arasında genişmiqyaslı pilot ərazini əhatə etmiş öncül şirkətlərdən biri olacaq.

Dekabrdan etibarən Azercell, abunəçilərinə 5G şəbəkəsini şəxsən sınaq rejimində təcrübədən keçirmək üçün 5G dəstəkləyən telefonlar təqdim edəcək və şirkətin Müştəri Xidmətləri Mərkəzində bu növ telefonların satışı aparılacaq. Beşinci nəsil telefonları olan və yeni telefonlar sifariş edən müştərilər Azercell-dən 5G sim kartlarını ödənişsiz əldə edəcəklər.

5G - müasir genişzolaqlı mobil rabitə xidmətlərini artırmaqla yanaşı, yüksək məhsuldarlıq, effektivlik və sərfəli qiymətlə yeni sənaye sahələrini birləşdirəcək, eləcə də müxtəlif çeşidli xidmətləri və cihazları dəstəkləyən mobil şəbəkələri genişləndirəcək bir innovativ platformadır. 5G, pərakəndə satışdan tutmuş təhsilə, nəqliyyatdan əyləncəyə qədər və onlarla bağlı xidmətlər ilə geniş bir sahəni dəyişdirəcək.

Beşinci nəsil simsiz texnologiya ildırım sürəti, inanılmaz dərəcədə az ləngimə və eyni vaxtda çox sayda qoşulma qabiliyyəti vəd edir. Yüksək sürət, minimal gecikmə və daha böyük tutum qabiliyyəti, ultra yüksək keyfiyyətli video, virtual reallıq və digər qabaqcıl tətbiqlərin istifadəsinə geniş imkan yarada biləcək. Bundan əlavə, 5G-nin işə salınması minimal enerji sərfiyyatı ilə Əşyaların İnterneti (İnternet of Things- IoT) potensialını bir anda daha çox qoşulma ilə (1 kvadrat kilometrə 1 milyonadək) artıracaq.

Pilot mərhələsində 5G xidməti Azercell tərəfindən ödənişsiz təqdim olunacaq və xidmətin ölkə boyu kommersiya istifadəsinə veriləcəyi ana qədər müxtəlif innovativ texnoloji həllər ilə əlaqəli kompleks sınaq işlərinin aparılması davam etdiriləcək. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi Azercell-i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır. Həmçinin Azercell-in Azərbaycanda hər bir istifadəçiyə beşinci nəsil şəbəkəsinin üstünlüklərini göstərmək və yaxın etmək iqtidarında olduğunu sübut edir.

Azərbaycanı yeni bağlantı erasına hazırlayan Azercell Telekom özünün LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son yarım ildə əhali əhatəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin, gündəlik LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək yüksəliş qeydə alınıb. Hazırda Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi Azercell-in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
00:06 12.11.2026
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanda Konstitusiya Günüdür
00:01 12.11.2026
Azərbaycanda Konstitusiya Günüdür
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu BÜRCLƏR üçün keçmiş geridə qalacaq
00:00 12.11.2026
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu BÜRCLƏR üçün keçmiş geridə qalacaq
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
23:56 11.11.2026
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
23:53 11.11.2026
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
23:43 11.11.2026
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
"Reuters": İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib
23:35 11.11.2026
"Reuters": İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib
Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb
23:18 11.11.2026
Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb
Kuşner Rusiya və Ukrayna arasındakı danışıqlarda mühüm irəliləyişin olduğunu bildirib
23:04 11.11.2026
Kuşner Rusiya və Ukrayna arasındakı danışıqlarda mühüm irəliləyişin olduğunu bildirib
Rusiya Kiyevdə bir zavoda və şəkər müəssisəsinə hücum edib, bir nəfər ölüb
22:45 11.11.2026
Rusiya Kiyevdə bir zavoda və şəkər müəssisəsinə hücum edib, bir nəfər ölüb
Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb
22:35 11.11.2026
Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb
FIBA Avropa Kuboku: "Neftçi" Yunanıstan klubuna qalib gəlib
22:32 11.11.2026
FIBA Avropa Kuboku: "Neftçi" Yunanıstan klubuna qalib gəlib
Ermənistan Prezidenti TRIPP layihəsi üzrə qanunu imzalayıb
22:26 11.11.2026
Ermənistan Prezidenti TRIPP layihəsi üzrə qanunu imzalayıb
Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb
22:15 11.11.2026
Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb
Qalibaf: Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır
22:02 11.11.2026
Qalibaf: Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır
İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı
21:55 11.11.2026
İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı