“AZERCELL CUP” müsabiqənin final mərhələsi keçirildi

“AZERCELL CUP” müsabiqənin final mərhələsi keçirildi
İQTİSADİYYAT
13:14 14.10.2021
405

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı "Azercell Telekom” MMC-nin proqramlaşdırma üzrə elan etdiyi "AZERCELL CUP” müsabiqəsinin final mərhələsi keçirilib. 

AZXEBER.COM xəbər verir ki, ADA universitetində 6-8-ci sinif şagirdləri arasında baş tutan müsabiqədə iştirakçılara həll edilməsi üçün 5 alqoritmik məsələ və 3 saat vaxt verilib. Yarışın sonunda nəticələr və medalçılar elan olunub. Xatırladaq ki, müsabiqəyə qeydiyyat https://www.olimpiada.edu.az saytı üzərindən aparılıb. Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutub. Müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaqdır. Həmçinin müvafiq sahələr üzrə məntiqi təfəkkürün inkişaf səviyyəsi,  alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən  şagirdləri müəyyənləşdirərək onları həvəsləndirmək, beynəlxalq olimpiadalara hazırlıq məşğələlərinə cəlb etmək, onların fərdi və elmi inkişafına töhfə verməkdir.

 

2017-ci ildən etibarən məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi Azercell şirkətinin köməyi ilə həyata keçirilir və onların inkişafı üçün təşəbbüslər davamlı olaraq dəstəklənir. Şirkət Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olur. Belə ki, hazırlıqdan keçən şagirdlərimiz mötəbər beynəlxalq bilik yarışlarında yüksək nəticələr əldə edirlər. İndiyədək azərbaycanlı şagirdlər informatika fənni üzrə bilik yarışlarında 27 medal qazanıblar.

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Pakistana başsağlığı verdi
17:32 26.08.2026
Azərbaycan XİN Pakistana başsağlığı verdi
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır: İqtisadçı səbəbini açıqladı
17:30 26.08.2026
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır: İqtisadçı səbəbini açıqladı
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
17:26 26.08.2026
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
17:17 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
17:15 26.08.2026
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
17:11 26.08.2026
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
17:08 26.08.2026
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
16:58 26.08.2026
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
16:53 26.08.2026
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
“Sabah” klubu Prezidentə təşəkkür etdi
16:44 26.08.2026
“Sabah” klubu Prezidentə təşəkkür etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
16:41 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
16:22 26.08.2026
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
16:17 26.08.2026
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
16:13 26.08.2026
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
16:09 26.08.2026
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
15:57 26.08.2026
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski