Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

İQTİSADİYYAT
10:14 31.07.2021
694

Şirkət qardaş ölkədə rominqdə olan abunəçilərinin nömrələrinin balansını təmənnasız şəkildə artırıb

Türkiyənin müxtəlif şəhərlərində baş vermiş meşə yanğınları nəticəsində yaranan narahatlığı nəzərə alaraq, Azərbaycanın lider mobil operatoru "Azercell Telekom” MMC bu ölkədə olan abunəçilərinə xüsusi diqqətlə yanaşıb. Belə ki, hazırda Türkiyədə olan abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansına 10 AZN məbləğində pul vəsaiti yükləyib. Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələri əhatə edir.

Qeyd edək ki, üç gün əvvəl başlayan meşə yanğınları artıq Türkiyənin 20-dən çox vilayətini, xüsusilə də kurort bölgələrini bürüyüb. Hələ də davam edən yanğınlar nəticəsində həlak olanlar, xəsarət alanlar var.

Azercell şirkəti bu fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir. Ən qısa zamanda yanğının qarşısının alınmasını və hadisənin fəsadlarının aradan qaldırılmasını arzulayır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

10:29 24.09.2021

İlham Əliyev: "Ermənistanın mümkün müharibə ilə bağlı öz fəaliyyət planı var idi"

10:26 24.09.2021

Kəlbəcərdə itkin düşən çobanlardan üç aydır xəbər yoxdur: Müdafiə Nazirliyi axtarışlara qoşuldu

10:16 24.09.2021

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

10:07 24.09.2021

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasına başlanılıb

10:06 24.09.2021

Bakıda tıxac olan yolların SİYAHISI

09:55 24.09.2021

Azərbaycan ilk dəfə məhkumların xaricdəki əmlakını müsadirə etmək istəyir

09:36 24.09.2021

Niderlandda 12 yaşlı oğlan peyvənd olunmasına icazə verməyən atasına məhkəmədə qalib gəldi

09:15 24.09.2021

Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

09:07 24.09.2021

İranın XİN rəhbəri: "Azərbaycanla münasibətlərin inkişafında maraqlıyıq"

03:00 24.09.2021

Dövlət başçısı: "BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gündə icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı"

02:53 24.09.2021

Prezident: "Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq"

02:49 24.09.2021

Dövlət başçısı: "Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir"

02:48 24.09.2021

İlham Əliyev: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur"

02:46 24.09.2021

İlham Əliyev: "Azad olunmuş ərazilərin 7 200 meqavat günəş enerjisi və 2 000 meqavat külək enerjisi potensialı var"

02:45 24.09.2021

Prezident: "BMT Nizamnaməsinə əsasən, Ermənistan Azərbaycana qarşı ağır cinayətlərə görə məsuliyyət daşımalıdır"

02:42 24.09.2021

Prezident: "Azərbaycan tolerantlıq və sülh şəraitində yaşama nümunəsidir"