Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
İQTİSADİYYAT
17:49 07.10.2026
147
10 oktyabr tarixində Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Gamesummit” və "OMNI AI Summit” keçiriləcək. Tədbir oyun və süni intellekt sahələrində dünyanın aparıcı texnologiya şirkətlərini, ekspert və sənaye mütəxəssislərini Azərbaycanda bir araya gətirəcək. Google, Xsolla, Microsoft/Xbox, BytePlus, Wonderful AI və digər beynəlxalq şirkətlərin nümayəndələrinin iştirak edəcəyi sammitdə texnologiya sənayesinin aktual trendləri və gələcək inkişaf istiqamətləri müzakirə olunacaq.

Tədbir çərçivəsində çıxışlar, panel müzakirələri və tematik sessiyalar keçiriləcək. "Gamesummit”də oyun sənayesinin qlobal inkişafı, yeni biznes modelləri və oyun ekosisteminin gələcəyi, "AI Summit”də isə süni intellektin biznesdə tətbiqi, yeni nəsil Sİ həlləri və texnologiyanın müxtəlif sahələrə təsiri diqqət mərkəzində olacaq.

Bu tərəfdaşlıq Azercell-in fəaliyyətinin strateji istiqamətlərini — rəqəmsal məhsul portfelinin genişləndirilməsini, eləcə də süni intellekt əsaslı innovativ həllərin tətbiqinin inkişafını əks etdirir.

Şirkət tədbirdə mobil tətbiqində yeni istifadəyə verdiyi "Oyun Portalı”nı təqdim edəcək. Oyunları, turnirləri və viktorinaları bir araya gətirən portal Azercell-in rəqəmsal əyləncə istiqamətində atdığı yeni addımdır. Şirkət istifadəçilərin fərqli maraqlarına uyğun interaktiv oyunlar və rəqəmsal əyləncə həlləri inkişaf etdirir. Ziyarətçilər Azercell-in stendində portalın imkanları ilə yaxından tanış ola, oyunları sınaqdan keçirə və turnirlərdə iştirak edə biləcəklər.

Süni intellekt isə Azercell-in texnoloji transformasiyasının strateji istiqamətlərindən biri olaraq şirkətin müştəri xidmətləri, şəbəkə idarəetməsi, kibertəhlükəsizlik və daxili iş proseslərinə fəal şəkildə inteqrasiya olunur.

Azercell tədbirə tərəfdaşlıq etməklə ölkədə süni intellekt üzrə bilik və təcrübə mübadiləsinə, texnologiyanın biznesdə daha geniş tətbiqinə və yerli rəqəmsal ekosistemin inkişafına töhfə verir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
17:22 07.10.2026
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
“Messi futboldan gedir, amma...”
17:07 07.10.2026
“Messi futboldan gedir, amma...”
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
17:05 07.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
16:56 07.10.2026
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
16:55 07.10.2026
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
16:47 07.10.2026
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
16:41 07.10.2026
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş...
16:38 07.10.2026
Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş...