Azercell-in Rəqəmsal Dünyası bölgələrdə

Azercell-in Rəqəmsal Dünyası bölgələrdə
İQTİSADİYYAT
12:55 29.07.2019
4040
Qlobal informasiya-kommunikasiya texnologiyalarının ən son trendlərini daha əlçatan etməyi hədəfləyərək fəaliyyətinin rəqəmsal dövrünə qədəm qoyan Azercell Telekom iyul-avqust aylarında "Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəsinə start verir.
 
AZXEBER.COM xəbər verir ki, bu dəfə lider mobil operator Naxçıvandan başlayaraq, Ağdam, Bərdə, Tərtər, Mingəçevir, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Qazax, Şəki, Zaqatala, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Sumqayıt, Quba, Xaçmaz, Qusar, Sabirabad, Şirvan və Lənkəran kimi regionlara səfər edəcək və bununla da ölkədə rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində öz fəaliyyətini davam etdirəcək.

"Rəqəmsal dünya bölgələrdə” tədbirinin iştirakçıları gündəlik insan həyatının texnoloji yeniliklər və mobil texniki cihazlar vasitəsilə daha da rahat və effektiv olmasının üstünlükləri  ilə yanaşı, Azercell-in yenilənmiş rəqəmsal həllər müxtəlifliyi ilə də tanış olmaq fürsəti əldə edəcəklər. Burada Azercell-in yeni rəqəmsal məhsulları olan "Kabinetim” tətbiqi, "BuludCinema”, "TelekomTv” xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanını təklif edən "Sərbəst”, "GəncOL” və "Sadə” tarif paketləri təqdim ediləcək. Şirkətin yeni "Rəqəmsal dünyanı yarat” şuarı altında keçiriləcək bu tədbir çərçivəsində müxtəlif proqramlar, müsabiqələr, intellektual və əyləncəli oyunlar təşkil olunacaq və iştirakçılara hədiyyələr paylanacaq. Azercell-in təşəbbüsü ilə yaradılan "İmzanı Tanıt” sosial kampaniyasının işirakçıları da tədbirə dəvət ediləcəklər. Qeyd edək ki, qısa müddət ərzində sosial şəbəkələrdə rezonans yaratmağa müvəffəq olan "İmzanı Tanıt” çağırışı ölkəmizdə sahibkarlıq mühitinin inkişafı, eləcə də tarixi və milli mədəni irsimizin inkişafı ideyasını özündə əks etdirir. 

Bununla yanaşı, festival çərçivəsində Azercell-in "Mobil Diş" və  "Mobil Göz" klinikaları valideyn himayəsindən məhrum uşaqları, ehtiyacı olan ailələri və ahılları ziyarət edərək  onlara təmənnasız müayinə və müalicə təşkil edəcək. Azercell uşaqlara hədiyyə olaraq məktəb ləvazimatları da paylayacaq.

Festivalın ən son məlumatları ilə tanış olmaq üçün Azercell-in rəsmi Instagram və Facebook səhifələrini izləməyi unutmayın!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir