Azercell-in Rəqəmsal Dünyasını bölgənizdə gözləyin!

Azercell-in Rəqəmsal Dünyasını bölgənizdə gözləyin!
İQTİSADİYYAT
17:53 02.08.2019
6037

Dünya trendlərinə uyğun xidmətləri, ən effektiv həlləri, həmçinin sərfəli kampaniyaları ilə ölkə əhalisinin əksəriyyətinin seçimi olan və fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan "Azercell Telekom” MMC-nin "Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəsi Naxçıvan şəhərindən başlayaraq, Şərur və Ordubadda da keçirilmiş, muxtar respublikanın sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

AZXEBER.COM xəbər verir ki, bu səfər zamanı Azərbaycanın rabitə bazarının lider mobil operatoru Azercell on mindən çox insanı bir araya toplamağa müvəffəq olub. Azercell bölgə sakinləri ilə görüşərək, onları yeni rəqəmsal məhsullar olan "Kabinetim” tətbiqi, "BuludCinema”, "TelekomTv” xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanı yaradan "Sərbəst”, "GəncOL” və "Sadə” tarif paketləri ilə tanış edib. Bundan əlavə, səfərlər çərçivəsində müxtəlif proqramlar, intellektual və əyləncəli oyunlar, müsabiqələr keçirilib, abunəçilərə hədiyyələr paylanıb. Qeyd edək ki, Azercell-in dəstəklədiyi "İmzanı Tanıt” sosial layihəsinin iştirakçıları da tədbirə qatılmış və öz əl işlərini nümayiş etdiriblər.

 

Ölkəmizə 4G xidmətini ilk təqdim edən şirkət olaraq Azercell, abunəçilərinin gözləntilərini qarşılamaq və respublikamızın bütün sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək üçün 2018-2019-cu illər ərzində LTE şəbəkəsinin bütün ölkə üzrə gücləndirilməsi və genişləndirilməsini həyata keçirib. Bunun nəticəsində şirkət, Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində  86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% artıma nail olub. Bu müddətdə 1007 yeni LTE stansiyası qurularaq, 4G stansiyalarının ümumi sayı 1667-yə çatdırılıb, günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb. Hazırda ölkə boyu 7000-dən çox stansiya daimi bağlantını təmin etməkdədir. 

Avqust ayında Azercell-in Rəqəmsal Dünyasını öz bölgənizdə gözləyin!

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir