"Azercell" Röyaya qarşı saxtakarlıq etdi - açıqlama

"Azercell" Röyaya qarşı saxtakarlıq etdi - açıqlama
MARAQLI
16:09 20.12.2011
3246
Azərbaycanın tanınmış estrada müğənnisi Röya Ayxan Baş prokurora Azercell şirkətindən şikayət ərizəsi təqdim edib.
AZXEBER.COM-un məlumatına görə, bu barədən müğənninin mətbuat katibi və hüquqi işlər üzrə səlahiyyətli nümayəndəsi Ülviyyə Alovlu xəbər verib. O deyib ki, Röya Ayxan ifaçılıq sənətinin məhsulu olan mahnılarından və adından icazəsiz istifadəyə görə Azercell şirkətindən şikayətçidir və bu səbəbdən Baş prokurora şikayət ərizəsi yazıb. "Bu qanun pozuntusu artıq 10 ildir ki, davam edir. Bu cinayətin qarşısı alınmayınca, Röyaya vurulan ziyan ödənilməyincə, biz hüquqlarımızın bərpasını tələb edəcəyik", - mətbuat katibi bildirib. Şikayət ərziəsində qeyd olunub ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunun 15-ci maddəsinin 3-cü bəndinə əsasən, müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir. "Lakin, Azercell Telekom MMC mənim müəllif hüquqlarımı kobud surətdə pozaraq, mənim ifa etdiyim mahnıları mənimlə razılaşdırmadan müştərilərinə təqdim etdiyi zəngim-cell xidmətlərində istifadə edir. Nəticədə mənə külli miqdarda maddi və mənəvi zərər vurulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165-ci (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) maddəsinə əsasən, folklor nümunələrindən istifadə tələblərinin pozulması, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa, əmlakı müsadirə olunmaqla şərti maliyyə vahidinin yüz əlli mislindən beş yüz əlli mislinədək miqdarda cərimə və ya altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır. Səlahiyyətləriniz çərçivəsində bu qanun pozuntularını aradan qaldırmağınızı və Azercell Telekom MMC-nin vəzifəli şəxslərini törətdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb etməyinizi xahiş edirəm", - ərizədə qeyd olunub. Məsələ ilə bağlı hələki Azercell Telekom MMC rəsmi mövqeyini açıqlamayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
20:16 04.11.2026
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
20:12 04.11.2026
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
20:07 04.11.2026
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
20:02 04.11.2026
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:00 04.11.2026
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
19:46 04.11.2026
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
19:32 04.11.2026
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər