Azercell tələbələr üçün yeni karyera imkanları yaradır

Azercell tələbələr üçün yeni karyera imkanları yaradır
İQTİSADİYYAT
18:44 03.06.2021
603
Lider mobil operator növbəti karyera sərgisində iştirak edib

AZXEBER.COM xəbər verir ki, fəaliyyəti boyunca gənc nəslin peşəkar və fərdi inkişafına dəstək olan "Azercell Telekom” MMC növbəti karyera sərgisində öz stendi ilə təmsil olunub.

İyun ayının 2-də Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Dünya Məktəbində təşkil edilən sərgidə Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri sərgi iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb.

Tədbir iştirakçıları şirkətdə mövcud olan vakansiyalar, hər il ənənəvi olaraq tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları, kadrların seçilməsi və  işə qəbul prosesləri haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, Azercell mütəmadi olaraq karyera sərgilərində iştirak edərək öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə dəstək olmağa çalışır.

Şirkət may ayının 25-i Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin onlayn formatda təşkil etdiyi X Məzun-Karyera Sərgisinə də qatılıb. 63 dövlət qurumu və özəl şirkətlərin iştirakı ilə həyata keçirilən bu sərgidə ümumilikdə 200-dən çox vakansiya və 300-dək təcrübə yeri təqdim olunub.

Azərbaycanda təhsilin inkişafına daima töhfə verən və ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən Azercell bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
09:25 09.11.2026
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
09:17 09.11.2026
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
09:07 09.11.2026
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
08:58 09.11.2026
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
08:44 09.11.2026
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
08:36 09.11.2026
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
08:30 09.11.2026
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
08:24 09.11.2026
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
08:17 09.11.2026
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
08:03 09.11.2026
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
07:54 09.11.2026
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
07:00 09.11.2026
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
06:48 09.11.2026
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
06:36 09.11.2026
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
06:23 09.11.2026
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
06:13 09.11.2026
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub