“Azercell”dən gənc İT mütəxəssislərinə dəstək

“Azercell”dən gənc İT mütəxəssislərinə dəstək
İQTİSADİYYAT
21:43 22.07.2019
5524

"AZCLOUD Hackathon 2019″ müsabiqəsində qeydiyyatın bitməsinə sayılı günlər qalıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom” MMC-nin təşkilatçılığı, "Azercell Telekom” MMC, "R.I.S.K Company”, "TrendMicro” və "Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə  biznesin idarə olunması, proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması mövzusunda təşkil olunan "AZCLOUD Hackathon 2019″ müsabiqəsinin başlamasına artıq sayılı günlər qalıb.

Müsabiqənin əsas məqsədi İT sahəsinə marağı olan kreativ, biznes yönümlü və analitik düşüncəli gənclərə qabaqcıl İT şirkətləri ilə əlaqələr qurmaq və ideyalarını reallaşdırmaq üçün imkan yaratmaqdır.

 

Bu il "AZCLOUD Hackathon 2019″ Avropanın ən böyük idman arenalarından biri olan Bakı Olimpiya Stadionunda baş tutacaq. Qeyd edək ki, müsabiqə üç mərhələdən ibarət olacaq.

Komandalar qeydiyyatdan keçdikdən sonra xüsusi hazırlanmış kiçik tapşırığı yerinə yetirməlidirlər. Bu mərhələni keçən komandalar yarışmaya qatılmağa dəvət ediləcəklər.

İnnovativ xidmət və layihələrin rellaşdırılması ideyasını daşıyan "AZCLOUD Hackathon 2019” müsabiqəsində iştirakçılar təxminən 48-72 saatlıq müddət ərzində verilən texniki tapşırıq üzrə yeni həlli müəyyən edib münsiflər heyətinə təqdim etməlidirlər. Müsabiqə üzrə qalib komanda isə 10 000 AZN məbləğində pul mükafatı qazanacaq.

Xatırladaq ki, yarışmaya qatılmaq istəyən komandalar artıq iyul ayının 1-dən başlayaraq müsabiqənin rəsmi səhifəsində (www.h.azcloud.az/reg) qeydiyyatdan keçirlər. 

Müraciətlərin son qəbul tarixi iyul ayının 31-dir.

Layihəyə dəstək olmaq və ən son məlumatları əldə etmək üçün sizə uyğun olan sosial şəbəkələri izləyib, yerləşdirilən məlumatları paylaşa bilərsiniz:

Veb səhifə: https://h.azcloud.az/
"Facebook”: https://www.facebook.com/h.azcloud/
"Facebook event”: https://www.facebook.com/events/321974052068942/
"YouTube”: https://www.youtube.com/watch?v=3G5dFRAMBbM
"Instagram”: https://www.instagram.com/h.azcloud/
"Telegram”: https://t.me/h_Azcloud

"Hackathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Qeyd edək ki, "Azercell Telekom” MMC daim gənclərinin potensiallarının üzə çıxarılması, onların təqdim etdiyi innovativ həllərin reallaşdırılması məqsədilə təşkil edilən layihələrin həyata keçməsinə dəstək olur.

Daha ətraflı məlumat üçün [email protected]ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan "Azercell”in şəbəkəsi ölkə ərazisinin 99.1 faizini (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir.

Hazırda 4,5 milyon abunəçi "Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s.

2012-ci ildə "Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radiosiqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. "Azercell” ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir