“Azercell”in rəqəmsal dünyası Lənkəranda

“Azercell”in rəqəmsal dünyası Lənkəranda
İQTİSADİYYAT
21:55 21.08.2019
7743
On minlərlə insanı bir araya toplamağa müvəffəq olan Azercell-in "Rəqəmsal Dünya bölgələrdə” layihəsinin səfərləri uğurla davam edir.

Azercell-dən AZXEBER.COM-a verilən məlumata görə, Naxçıvan şəhərində başlayan tədbirlər silsiləsi Şərur, Ordubad, Quba, Xaçmaz, Qusar, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Mingəçevir və Yevlax şəhərlərindən sonra Lənkəranda baş tutub. Yeddi mindən çox insanın qatıldığı tədbirdə şəhər sakinləri əyləncəli və intellektual oyunlarla yanaşı, virtual reallıq oyunlarında öz qüvvələrini sınamaq, hədiyyə qazanmaq, eləcə də, Azercell-in ən son trendlərə uyğun xidmətləri və məhsulları ilə tanış olmaq imkanı əldə ediblər.

Azercell nümayəndələri 16 avqust tarixində Mingəçevir şəhəri uşaq nevroloji sanatoriyasını, 19 avqust tarixində isə Lənkəran şəhəri, O.Mirzəyev adına qarışıq tipli uşaq evini ziyarət edib. Azercell tərəfindən uşaqlara məktəb ləvazimatları və digər hədiyyələr təqdim olunub. Fəaliyyətləri boyunca on minlərlə insana tibbi yardım etmiş "Mobil Göz” və "Mobil Diş” klinikaları Lənkəranda uşaq evinə təşkil edilən səfərə qoşularaq, 40-a yaxın uşağı müayinədən keçirib.

Qeyd edək ki, ölkənin mobil rabitə istifadəçilərinin əksəriyyətinin seçimi olan Azercell şirkəti yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları daha da əlçatan etmək məqsədilə, 2018-2019-cu illər ərzində respublika boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Azercell son yarım ildə Azərbaycanın telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Beləliklə də, şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb. Hazırda, Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir.

Azercell-in Rəqəmsal Dünyasını avqust ayının 21-i Qazaxda, 22-si Tovuzda, 24-ü Şəmkirdə və 26-sı Gəncədə gözləyin!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı