“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib
SOSİAL
21:44 03.10.2024
343
"Azerconnect Group”un dəstəyi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib.

Dövlət və özəl sektordan 30-dan çox nümayəndənin qatıldığı tədbirdə süni intellekt və qabaqcıl texnologiyaların iqlim dəyişikliyinin qarşısının alınmasında artan rolu müzakirə edilib. Azərbaycanın COP29-a sədrliyi çərçivəsində keçirilən dəyirmi masada, həmçinin COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi haqqında məlumat verilib.

Bildirilib ki, bu təşəbbüs İKT sektorunda iqlimə müsbət təsir göstərən rəqəmsallaşmanı və emissiyaların azaldılmasını sürətləndirəcək, eyni zamanda, ekoloji təmiz rəqəmsal texnologiyalara əlçatanlığı artıracaq.

"Azerconnect Group”un kommersiya üzrə baş müdiri Müşfiq Əliyev tədbirdə çıxışı zamanı şirkətin ətraf mühitin qorunması, enerji səmərəliliyin artırılması, tullantıların idarəedilməsi istiqamətində həyata keçirdiyi uğurlu layihə və təşəbbüslər barədə danışıb. Qeyd olunub ki, yeni texnologiyalar, xüsusi ilə də süni intellekt iqlim dəyişikliyi ilə mübarizədə əsas alətə çevrilir və aktual ekoloji problemlərin həlli üçün innovativ yanaşmalar təklif edir. Vurğulanıb ki, "Azerconnect Group” süni intellekt əsaslı həlləri aktiv şəkildə tətbiq edərək resurslardan daha da səmərəli istifadəni, karbon izini azaltmağı və dayanıqlı inkişafa töhfə verməyi hədəfləyir.

Görüşün sonunda "Azərbaycanda dayanaqlılıq üçün süni intellekt və innovasiya” üzrə bəyannamə imzalanıb.

Qeyd edək ki, 30 sentyabr - 04 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib. Tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirib.

Qeyd edək ki, ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. "Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
03:13 05.11.2026
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
02:59 05.11.2026
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
02:50 05.11.2026
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
İran bu ölkələri bombalamaqla hədələdi
02:43 05.11.2026
İran bu ölkələri bombalamaqla hədələdi
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
02:33 05.11.2026
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
02:23 05.11.2026
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
02:13 05.11.2026
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
02:03 05.11.2026
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
01:57 05.11.2026
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
01:53 05.11.2026
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Tutduğu balıq onu milyonçu etdi
01:43 05.11.2026
Tutduğu balıq onu milyonçu etdi
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
01:33 05.11.2026
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
01:23 05.11.2026
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
01:16 05.11.2026
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
01:06 05.11.2026
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"
00:59 05.11.2026
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"