Azerfon və Nokia Siemens Network BakuTel- 2011 sərgisində müasir texnologiyaları təqdim etdilər

Azerfon və Nokia Siemens Network BakuTel- 2011 sərgisində müasir texnologiyaları təqdim etdilər
Bütün Xəbərlər
23:16 24.11.2011
1375
BakuTel – 2011 sərgisində Azerfon şirkətinin təqdim etdiyi ən son yeniliklər və NSN şirkətinin müasir şəbəkə texnologiyaları İnformasiya Texnologiyaları və Rabitə sahəsində MDB bazarında Azərbaycanın lider mövqelərini möhkəmləndirəcəkdir.2011 –ci il. 3G xidmətlərinin ilk provayderi olan Azerfon və Nokia Siemens Networks şirkətləri BakuTel – 2011 sərgisində iştirakına dair mətbuat konfransı keçirmiş və MDB məkanında ilk dəfə tətbiq edilən bir sıra innovativ mobil rabitə həlləri və layihələri təqdim etmişlər. Bundan əlavə, Azerfon şirkəti Nokia Siemens Networks şirkəti ilə 80 milyon ABŞ dolları məbləğində saziş imzaladığını bildirmişdir. Bu saziş çərçivəsində şəbəkə avadanlığının istehsalı sahəsində lider olan NSN şirkəti bu yaxınlarda Azərbaycanda ən geniş 3G şəbəkəsinin qurulmasını başa çatdıracaqdır.“Azerfon şirkəti Azərbaycanda ən innovativ və şəffaf mobil operator olmaqla, Azərbaycanda mobil rabitə sahəsində ilk dəfə olaraq bir sıra yeni texnoloji həllər təklif etmişdir. Mən, regionda İnformasiya Texnologiyaları və Rabitə sahəsində ən böyük sərgi olan BakuTel-2011-in imkanlarından istifadə edərək, bildirmək istərdim ki, hazırda biz, MDB – də ilk dəfə olaraq bir sıra yeni innovativ həllər və layihələr təklif etmişik. Əvvəla, hazırda biz, NSN şirkəti ilə əməkdaşlıqda, 3G stansiyalarının yerləşmə sıxlığının əhalinin sayına nisbətini nəzərə alınmaqla təkcə Azərbaycanda deyil, həm də bütün MDB məkanında əhatə dairəsinə görə ən geniş 3G şəbəkəsi üzərində işləri başa çatdırırıq. İkinci mühüm bir yenilik isə, Azerfonun MDB ərazisində ilk dəfə olaraq təyyarələrdə geniş çeşidli mobil rabitə xidmətlərini təqdim etməyə hazırlaşmasıdır. 2012- ci ilin aprelindən etibarən, AZAL-ın bütün sərnişinləri təyyarədə olarkən mesaj göndərəcək, zəng edə edəcək və internetdən istifadə edə biləcəklər. Bu innovativ və unikal xidmət spektoru şübhəsiz ki, İnformasiya Texnologiyaları və Rabitə sahəsinin inkişafı üzrə qlobal hesabatlarda Azərbaycanın mövqeyini möhkəmləndirəcəkdir” –deyə Azerfon şirkətinin Baş İcraçı Direktoru Cənab Yurgen Pitz söyləmişdir.“Nokia Siemens Networks” şirkətinin Türkiyə, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindəki rəhbəri Ernst Nassi bildirmişdir: “3G şəbəkələrinin inkişafında dünya miqyaslı lider olan “Nokia Siemens Networks” şirkəti Azərbaycanda dinamik texnoloji artımın bir hissəsi olmaqdan və şəbəkənin müasirləşdirilməsi layihəsində “Azərfon” şirkətini dəstəkləməkdən qürur hissi duyur”. “Azərbaycan əhalisinə ən yüksək səviyyəli mobil rabitə xidmətlərini göstərmək məqsədilə, hazırda biz “Azərfon”-un şirkətinin şəbəkəsini mükafata layiq görülmüş “Flexi Multiradio” baza stansiyaları ilə müasirləşdiririk. Texnoloji baxımdan ən yenilikçi olmaqla yanaşı bu avadanlıq ən yüksək ətraf mühit tələblərinə uyğundur və bir çox nüfuzlu beynəlxalq mükafatlara, o cümlədən CTİA Simsiz Rabitə Assosiasiyasının “Ətraf Mühitə Uyğun Şəbəkə Cihazları və İnfrastruktur Mükafatına” layiq görülüb.Cənab Nassi əlavə etmişdir: “Nəhayət, bu avadanlıq haqqında ən mühüm fakt ondan ibarətdir ki, o, şəbəkəni LTE-nin tətbiqi üçün tam hazır vəziyyətə gətirir. Bu gün, “Nokia Siemens Network” şirkəti bütün dünyada LTE şəbəkələrinin qurulmasında qlobal liderdir. Hazırda, 35 kommersiya xarakterli LTE şəbəkəsinin 16-ı “Nokia Siemens Network” şirkətinin avadanlığı, eləcə də ABŞ-da 2 milyondan artıq istifadəçiyə xidmət göstərən dünyada ən iri LTE şəbəkəsinə əsaslanır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi