“AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edib

“AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edib
SOSİAL
16:30 06.11.2026
18
8 Noyabr – Zəfər Günü münasibətilə "AzerGold” QSC tərəfindən şəhid ailələrinin üzvlərinin iştirakı ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin qeyd olunmasına və qəhrəmanlarımızın əziz xatirəsinin yad edilməsinə xidmət edən silsilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda qeydiyyatda olan şəhid ailələrinin üzvləri üçün paytaxt Bakıya ikigünlük səfər proqramı həyata keçirilib.

Səfər çərçivəsində şəhid ailələrinin üzvləri "AzerGold” QSC-nin rəhbərliyi və kollektivi ilə birlikdə Zəfər Muzeyini ziyarət ediblər. 

"AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov şəhid ailələrinin üzvləri ilə görüşüb.

Görüşdə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının əhəmiyyətindən bəhs edilib. 

Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Şəhid ailələrinə göstərilən diqqət və qayğının cəmiyyətin hər bir üzvünün mənəvi borcu olduğu vurğulanıb, bu istiqamətdə həyata keçirilən təşəbbüslərin əhəmiyyəti qeyd edilib.

Zəfər Muzeyində qonaqlar Qarabağ və Şərqi Zəngəzurun qədim tarixinə, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərinə, 44 günlük Vətən müharibəsinə, "Dəmir Yumruq” əməliyyatına və Şanlı Zəfərə həsr olunmuş ekspozisiyalarla tanış olublar.

Şuşanın azad olunmasını, qəhrəmanlıq salnaməsini, 20 sentyabr 2023-cü il tarixində dövlət suverenliyimizin bərpasını, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan dirçəliş və quruculuq proseslərini əks etdirən materiallar qonaqların diqqətinə çatdırılıb.

İkigünlük proqram çərçivəsində qonaqlar, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı tarixi Qələbənin simvollarından biri olan Hərbi Qənimətlər Parkında olublar. 

Şəhid ailələrinin üzvləri Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrini əks etdirən ekspozisiyalarla yaxından tanış olub, işğaldan azad edilmiş torpaqlarımızda aparılan döyüşlər, düşməndən qənimət götürülmüş hərbi texnika və eksponatlar barədə ətraflı məlumat əldə ediblər.

Səfər proqramı çərçivəsində şəhid ailələri üçün Nizami Kino Mərkəzində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gətirilmiş "44” bədii filminin nümayişi də təşkil olunub.

Qeyd edək ki, şəhid ailələrinə və müharibə iştirakçılarına dəstək "AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasətinin prioritet istiqamətlərindəndir. Cəmiyyət bu kateqoriyadan olan şəxslərin sosial rifahının yüksəldilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və mənəvi dəstəklə təmin olunması məqsədilə davamlı olaraq müxtəlif layihələr və təşəbbüslər, o cümlədən görüşlər həyata keçirir.

Hazırda "AzerGold” QSC-də, onun törəmə cəmiyyətlərində və uzunmüddətli podratçı şirkətlərdə ümumilikdə 350 şəhid ailəsi üzvü və müharibə iştirakçısı çalışır. 

Bununla yanaşı, onlar Cəmiyyətin həyata keçirdiyi təhsil, peşə hazırlığı və sosial dəstək layihələrinin əsas iştirakçılarıdır.

"AzerGold” QSC şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğının davamlılığını təmin etməklə, onların sosial rifahının yüksəldilməsinə, məşğulluq imkanlarının genişləndirilməsinə və cəmiyyətə inteqrasiyasına bundan sonra da töhfə verməyi hədəfləyir.
 














OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanda eks-deputat Konstitusiya Məhkəməsinin sədri oldu
22:50 06.11.2026
Ermənistanda eks-deputat Konstitusiya Məhkəməsinin sədri oldu
Qanlı Yanvarın həkim şahidi vəfat etdi
22:37 06.11.2026
Qanlı Yanvarın həkim şahidi vəfat etdi
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
22:25 06.11.2026
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
SEPAH ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb
22:15 06.11.2026
SEPAH ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
22:07 06.11.2026
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Ağstafada zəhərlənlərin adları məlum oldu
21:59 06.11.2026
Ağstafada zəhərlənlərin adları məlum oldu
Fransa Polşadakı Jeşuv hava limanının hava hücumundan müdafiəsini öz üzərinə götürəcək
21:53 06.11.2026
Fransa Polşadakı Jeşuv hava limanının hava hücumundan müdafiəsini öz üzərinə götürəcək
Putinin fərmanına Yaponiyadan etiraz
21:43 06.11.2026
Putinin fərmanına Yaponiyadan etiraz
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
21:33 06.11.2026
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
21:27 06.11.2026
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
21:18 06.11.2026
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər