"Azəriqaz" Ağdaşda yüzlərlə kəndlini işsiz qoydu – Məhkəmə qərarı icra edilmir

"Azəriqaz" Ağdaşda yüzlərlə kəndlini işsiz qoydu – Məhkəmə qərarı icra edilmir
SOSİAL
14:19 14.01.2026
900
Xəbər verdiyimiz kimi, "Azəriqaz" məhkəmənin qərarına məhəl qoymayaraq Ağdaş rayonu, Kükəl kəndində fəaliyyət göstərən istixana təsərrüfatının təbii qazla təchizatını hələ də bərpa etməyib.

AZXEBER.COM Sfera.az-a istinadən xəbər verir ki, sözügedən təsərrüfatın rəsmilərinin iddiasına uyğun olaraq 2025-ci ilin dekabrın 24-də Bakı Kommersiya Məhkəməsi mübahisəli məsələyə baxıb və adıçəkilən təsərrüfatın qaz təchizatının bərpa edilməsi haqqında qərardad qəbul edib.

Qərardadın qəbul edilməsindən 20 gündən artıq vaxt keçməsinə baxmayaraq "Azəriqaz" məhkəmə qərardadını icra etmək istəmir.

Məhkəmə qərardadında qeyd edilir ki, qaz təchizatının dayandırılması obyektin normal fəaliyyətinə ciddi maneə yaradır və bu hal sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs üçün borcun məbləği ilə müqayisədə daha ağır iqtisadi zərərlə nəticələnə bilər. Hakim vurğulayıb ki, belə vəziyyət istehlakçının hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına səbəb olur və mütənasiblik prinsipinə ziddir.

Qərardadda açıq şəkildə bildirilir ki, bu cür məhkəmə qərardadlar dərhal icra edilməlidir.

Məhkəmənin qərardadına baxmayaraq "Azəriqaz"ın aidiyyəti qurumları qaz təchizatının bərpa edilməsi ilə bağlı heç bir tədbir görməyib.
Qazın bərpa edilməməsi təsərrüfatın fəaliyyətinin demək olar ki, dayanmasına, çoxlu sayda insanın işsiz qalmasına, eləcə də məhsul istehsalında problemlərin yaranmasına səbəb olub.

Təsərrüfat istixanadan ibarətdir və burada meyvə yetişdirilir. Burada daimi işlə təmin edilənlərin sayı 10 nəfərdən çoxdur. Bundan başqa, çoxlu sayda insan təsərrüfatın fəaliyyəti ilə əlaqədar olaraq gəlir əldə edir.

Qaz təchizatının dayandırılması həmin insanlara birbaşa və dolayı zərər vurub.

"Azəriqaz"ın bu cür davranışı Azərbaycan hökumətinin iqtisadi siyasətinə də uyğun deyil. 

Qeyd edək ki, son illərdə Azərbaycanda, xüsusilə də bölgələrdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı dövlət tərəfindən müxtəlif proqram və layihələr həyata keçirilir, sahibkarların fəaliyyətinin genişləndirilməsi üçün subsidiya, güzəştli kreditlər ayrılır.

Məhz göstərilən qayğının hesabına son illərdə bölgələrdə kənd təsərrüfatı təyinatlı çoxlu sayda kiçik və orta ölçüdə təsərrüfatlar yaradılıb. Sözügedən təsərrüfat da belə müəssisələrdən biridir.

Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, belə təsərrüfatlara yerli icra qurumlarının, dövlət şirkətlərinin dəstək göstərməsi vacibdir. Son çıxışında da ölkə başçısı rayonlarda yeni iş yerlərinin açılmasını və bu məqsədlə sahibkarlara dəstək göstərilməsimə dair tapşırıq və tövsiyələr verib.

"Azəriqaz"ın timsalında dövlət şirkətinin davranışı sahibkarlıq subyektinin nəinki inkişafına kömək olur, əksinə, təsərrüfatın ciddi zərər görməsinə, çoxlu sayda insanın məşğulluq imkanlarının məhdudlaşmasına səbəb olur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının dövlət katibi ilə telefonla danışıb
20:35 05.10.2026
Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının dövlət katibi ilə telefonla danışıb
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
20:33 05.10.2026
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
İranın daxili işlər naziri Qətərə səfər edib
20:29 05.10.2026
İranın daxili işlər naziri Qətərə səfər edib
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
20:17 05.10.2026
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
20:11 05.10.2026
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
20:07 05.10.2026
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
20:01 05.10.2026
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
19:56 05.10.2026
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
19:49 05.10.2026
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
19:44 05.10.2026
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
19:32 05.10.2026
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
19:32 05.10.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
19:15 05.10.2026
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
19:08 05.10.2026
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
18:55 05.10.2026
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır