‘Azərpoçt’ mükafata layiq görüldü

‘Azərpoçt’ mükafata layiq görüldü
Bütün Xəbərlər
22:20 10.01.2013
846

192 ölkə ilə təmsil olunan Ümumdünya Poçt İttifaqı (ÜPİ) 2004-cü ildən başlayaraq üzv ölkələri arasında göstərilən poçt xidmətlərinin müəyyən edilmiş standart və şərtlərə uyğunluğunu dəyərləndirmək məqsədi ilə keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşma aparır.

Rabitə və İnformasiya Texnologiyalar nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, 2004-cü ildən 2012-ci ilə qədər bu sertifikatlaşmada cəmi 51 ölkənin təyin olunmuş poçt operatoru iştirak edib.

Sertifikatlaşma prosesi müxtəlif mərhələlərdə qiymətləndirmə yolu ilə aparılır və hər mərhələdə tələb olunan kriteriyalara cavab verən poçt operatoru növbəti mərhələdə iştirak etmək hüququ əldə edir. Sonuncu – 5-ci mərhələdən də uğurla keçən poçt operatoruna əldə olunan nəticələrə uyğun olaraq yığılmış ballar əsasında A (qızıl), B (gümüş) və ya C (bürünc) səviyyəli sertifikat verilir.

Azərbaycan Poçt Operatoru - “Azərpoçt” MMC 2012-ci ilin may ayında ÜPİ-nin təşkil etdiyi keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşmada iştirak etmək barədə həmin təşkilata rəsmi qaydada müraciət etmiş və ÜPİ-nin müəyyən etdiyi müvafiq mərhələlərdən uğurla keçdikdən sonra 2012-ci ilin 29 oktyabr - 03 noyabr tarixlərində ÜPİ-nin eksperti Azərbaycana ezam edilib.

ÜPİ-nin eksperti tərəfindən “Azərpoçt” MMC-də audit yoxlaması keçirilmiş və Azərbaycan poçtunun ÜPİ-nin keyfiyyətin idarə olunması üzrə müəyyən etdiyi tələb və şərtlərə tam cavab verdiyi müəyyən edilmiş, mümkün olan 2000 baldan 1912 bal toplaya bilib.

Bu günlərdə ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktorunun imzası ilə “Azərpoçt” MMC-yə daxil olan məktubda bildirilib ki, bu təşkilatın Keyfiyyətin Yaxşılaşdırılması Komitəsi tərəfindən audit yoxlamasının nəticələri təsdiqlənmiş və “Azərpoçt” MMC qızıl səviyyəli sertifikata layiq görülüb.

ÜPİ-nin cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan yaz sessiyasının Plenar iclaslarında bu sertifikatın Azərbaycan nümayəndəsinə rəsmi qaydada təntənəli şəkildə təqdim olunması nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, indiyə kimi ÜPİ-nin A (qızıl) səviyyəli sertifikatına Azərbaycandan başqa Ukrayna, Belarus və Moldova, B (gümüş) səviyyəli sertifikata isə Qazaxıstan və Rusiya layiq görülüb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
16:20 30.06.2025
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
16:20 30.06.2025
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
16:17 30.06.2025
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
16:11 30.06.2025
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
15:55 30.06.2025
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
14:29 30.06.2025
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
14:26 30.06.2025
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb