“Azərspace-1” peyki vasitəsilə yeni bir kanal yayıma başlayıb

“Azərspace-1” peyki vasitəsilə yeni bir kanal yayıma başlayıb
MEDIA
00:20 25.10.2013
2817

Azərbaycanın ilk telekommunikasiya peykinə daha bir televiziya kanalı qoşulub.

AZXEBER.COM “Azərkosmos”ASC-yə istinadən xəbər verir ki, Azərbaycan peyki ilə yayımlanmağa başlayan bu kanal Türkiyənin “FOG TV” kanalıdır. “FOG TV”-nin Azərbaycanın peyki üzərindən yayımı artıq bu ayın ortalarından həyata keçirilir. Yeni kanalın yayımlanması ilə “Azərspace-1” peyki üzərindən yayımlanan TV kanalların sayı 59-a çatıb.

Qeyd edək ki, “Azərspace-1” peyki bu ilin fevral ayında 46 dərəcə şərq uzunluğundakı orbitə çıxarılıb və cari ilin may ayından etibarən kommersiya fəaliyyətinə başlayıb.

İyun ayından, “Azərspace-1” peykindən Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları (AzTV, İdman Azərbaycan TV, Mədəniyyət TV, İctimai TV, CBC Azerbaijan, Xəzər TV və Azad Azərbaycan TV) və bır sıra farsdilli kanallar yayımlanır.

OXŞAR XƏBƏRLƏR