"Azərsun" "Atena"nı "Qarabağ"a görə məhkəməyə verəcək - "Südüm sizə halal olsun" yazısına görə

"Azərsun" "Atena"nı "Qarabağ"a görə məhkəməyə verəcək - "Südüm sizə halal olsun" yazısına görə
SOSİAL
12:45 26.08.2017
6872

"Qarabağ" FK bəyan edib ki, Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaq.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı "Azərsun" Holdinq rəsmiləri açıqlamalar verməklə bərabər, klubun rəsmi səhifəsində də məlumat paylaşılıb. Məlumata görə, klubun loqosundan sitifadə edib öz məhsulunu təqdim edən şirkətlər məhkəməyə veriləcəyinin anonsu edilib. Açıqlamada deyilir:

"Qarabağ" FK-nın Azərbaycan futbol tarixində görünməmiş uğura imza ataraq Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək bütün ölkədə böyük sevincə səbəb olmuşdur. İnsanların kütləvi şəkildə öz sevinclərini müxtəlif şəkildə göstərməsini məmnuniyyətlə qarşılayır və buna səbəb olmağın qürurunu ifadə edirik.
Amma çox təəssüf edirik ki, bəzi şirkətlər xalqın ümumi sevgisindən öz ticari maraqları üçün istifadə edərək "Qarabağ"ın adından, loqotipindən yararlanırlar. Bildirmək istəyirik ki, "Qarabağ" FK loqo və brendindən istifadə etmək hüququ sadəcə klubun sponsoru "Azersun Holdinq"ə məxsusdur. Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaqdır". 
 
Portalımızın əldə etdiyi məlumata görə, holdinq ilk olaraq "Atena" şirkətini məhkəməyə verməyə hazırlaşır. Belə ki, "Qarabağ" futbol klubunun sponsoru, "Azərsüd"ün də istehsalçısı olan "Azərsun Holdinq" olsa da, "Atena" şirkəti qalibiyyətdən daha çox yararlanıb. "Atropatena" şirkətinin istehsal etdiyi "Atena” "Südüm sizə halal olsun" şüarını yazmaqla holdinqin istehsal etdiyi "Azərsüd" markasını marketinqdə üstələyib və bu holdinq rəhbərliyinin qəzəbinə səbəb olub. 
 
Artıq illərdir ki, klub üçün milyonlar xərcləyən "Azərsun" holdinq "Atropatena" şirkətinin fürsətdən yararlanmasından sonra bu açıqlamanı yaymaq qərarına gəlib. 
 
Bir çox şirkətlərlə yanaşı restoranlar da "Qarabağ"ın məlum qələbəsindən maksimum yararlanmağa çalışıblar.  "Məsələn "Gate 25” adlı restoran "Qarabağ”la qürur duyuruq ifadəsini işlət, 50% endirim əldə et” şüarının yazıldığı fotonu sosial şəbəkələrdə paylaşıb. Bu da şirkətin məhkəməyə verəcəyi markalardan birinin "Gate 25" olacağını deməyə əsas verir. 
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO