“Azərsun Holdinq” “Kaşalata” kafedə maarifləndirici təlim təşkil edib - FOTOLAR

“Azərsun Holdinq” “Kaşalata” kafedə maarifləndirici təlim təşkil edib - FOTOLAR
SOSİAL
13:22 08.10.2025
402
"Azərsun Holdinq” ölkədə ilk inklüziv kafe olan "Kaşalata” ilə əməkdaşlıq çərçivəsində media nümayəndələri üçün maarifləndirici təlim təşkil edib. 

AZXEBER.COM xəbər verir ki, tədbirin açılışında "Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qonaqları salamlayaraq , şirkətin sosial məsuliyyət strategiyası çərçivəsində bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb. 

Onun sözlərinə görə, bu layihə holdinqin həyata keçirdiyi sosial təşəbbüslərdən biridir.

 "Biz ‘Kaşalata’ kafeyə məhsul dəstəyi göstərir, zəruri qida məhsulları ilə təmin edirik. Əsas məqsədimiz isə burada çalışan autizmli gənclərin cəmiyyətə inteqrasiyasına töhfə vermək, onların bacarıqlarını üzə çıxarmaq və layiqli əmək mühitində inkişaflarını dəstəkləməkdir.”

"Kaşalata” kafenin həmtəsisçisi və "Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova kafenin yaranma tarixi və əsas məqsədi haqqında ətraflı məlumat verib.
 
O qeyd edib ki, bu layihə autizmli gənclərin əmək bazarına daxil olması və sosial mühitə uyğunlaşması üçün mühüm imkanlar yaradır: 

"Autizmli gənclər üçün bu cür inklüziv iş yerləri onların potensialını gerçəkləşdirmək, bacarıqlarını nümayiş etdirmək və cəmiyyətin ayrılmaz bir hissəsi olduqlarını hiss etdirmək baxımından olduqca önəmlidir.”

Tədbirin növbəti hissəsində isə klinik psixoloq autizm nədir, onun yaranma səbəbləri, əsas əlamətləri və bu mövzu ilə bağlı cəmiyyətdə geniş yayılmış stereotiplər, yanlış təsəvvürlərlə bağlı məlumat verib. 

Qeyd edək ki, "Azərsun Holdinq” illərdir davamlı şəkildə ölkədə inklüzivlik, sosial ədalət və rifahın artırılması istiqamətində mühüm addımlar atır.

 "Kaşalata” ilə olan bu əməkdaşlıq da həmin təşəbbüslərin növbəti uğurlu nümunəsidir.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
20:42 25.06.2026
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi
20:39 25.06.2026
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi