AzərTAc-ın baş direktoruna Rusiyanın "Dostluq" ordeni verilib

AzərTAc-ın baş direktoruna Rusiyanın "Dostluq" ordeni verilib
MEDİA
09:57 11.10.2011
2033

Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin Azərbaycan Dövlət Telerqraf Agentliyinin – AzərTAc-ın baş direktoru Aslan Aslanova Rusiya Federasiyasının “Dostluq” ordenini təqdim edib. Təntənəli təqdimat mərasimi Rusiyanın Azərbaycandakı səfirliyində keçirilib. Sergey Narışkin bildirib ki, Aslan Aslanov bu yüksək dövlət mükafatına Rusiya-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfəsinə görə Rusiya Prezidenti Dmitri Medvedevin fərmanı ilə layiq görülüb. AzərTAc-ın baş direktoru Aslan Aslanov Rusiya Federasiyasının yüksək mükafatına layiq görüldüyünə görə minnətdarlığını bildirərək deyib: “Bu mükafata Rusiya-Azərbaycan münasibətlərinin inkişafına töhfəmə görə layiq görülməyimdən xüsusi qürur hissi keçirirəm. Sadə əməyimin bu dərəcədə yüksək qiymətləndirildiyinə görə Rusiya Federasiyasının Prezidenti cənab Dmitri Medvedevə hədsiz minnətdarlığımı bildirmək istəyirəm”. Mükafatlandırma mərasimində Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri, ictimai xadimlər, aparıcı Rusiya və Azərbaycan KİV-lərinin rəhbərləri iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR