“Azəryolservis”dən rekord göstəricilər

“Azəryolservis”dən rekord göstəricilər
İQTİSADİYYAT
10:00 06.11.2013
2218

Yol təsərrüfatında demək olar ki, hər ay, hər rüb geniş əhatəli işlər həyata keçirilir. Dünya İqtisadi Forumu ekspertlərinin hazırladıqları qlobal rəqabətə davamlılıq hesabatının nəticələrinə əsasən, Azərbaycan yolları MDB məkanında ən yaxşı yollar sayılır.

Yol təsərrüfatı sürətli inkişafda

Bu gün yol təsərrüfatının inkişafı, yeni yollar şəbəkəsinin yaradılması ucqar bölgələrin sürətli tərəqqisi üçün imkanlar yaradır. Biləsuvar-İran sərhədi, Lənkaran-Lerik, Masallı-Yardımlı, Gəncə Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Yevlax-Xocalı-Laçın yolunun Yevlaxdan Bərdəyədək olan hissəsinin yenidən qurulması, İsmayıllı-Lahıc, Cəlilabad-Yardımlı, Bəhrəmtəpə-Biləsuvar, Şamaxı-Göylər Çöl-Padar, Zərdab-Mollakənd, Şəki-Qax, Ağstafa-Poylu, Bərdə-İstisu, Quba-Qusar yollarında aparılan tikinti işləri buna əyani misaldır.

Yollar müasirləşdirilir

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov bir müddət əvvəl 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına qədər yol təsərrüfatında əlavə mühüm addımların da atılacağını da açıqlayıb. Belə ki, artıq Zabrat-Maştağa- Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsinin, Zığ dairəsi-Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun, Sərdar Səfərov, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin, Qələbə meydanında (“Gənclik” metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi başa çatdırılaraq ölkə başçısının iştirakı ilə açılışı olub. Bundan əlavə Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında yeraltı keçid qovşağının, Ziya Bünyadov prospekti üzərində yol qovşaqlarının, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Koroğlu metro stansiyasına qədər yolun tikintisi və s. işlər nəzərdə tutulub.

Mənzərə

Qeyd edək ki, ölkənin ümumi istifadədə olan 18994 kilometr avtomobil yolunun 17521 kilometrinə Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xidmət göstərilir. Onun 4366 kilometri respublika əhəmiyyətli, 13155 kilometri yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1285-a yaxın 46578 poqon metr uzunluğunda körpülər var. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1552 km təşkil edir.

Uğurlu dinamika

Beləliklə, Azərbaycan bu bölgənin nəqliyyat mərkəzi kimi öz imkanlarını genişləndirməkdə davam edir. Son illər “Azəryolservis” min kilometrlərlə yeni avtomobil yollarını istifadəyə verib

“Azərbaycan 2020: İnkişak Konsepsiyası”na əsasən, qarşıdakı illərdə yol nəqliyyatı sahəsində çınqıl örtüklü yollar tədricən bərk örtüklü avtomobil yolları ilə əvəz ediləcək, respublika və yerli əhəmiyyətli yolların, o cümlədən şəhər, qəsəbə və kənd yollarının yenidən qurulması və genişləndirilməsi davam etdiriləcək, yüksək ekoloji standartlara keçid təmin olunacaq, yol qovşaqları, körpülər tikilib təmir ediləcək və digər modernləşdirmə işləri aparılacaqdır. Yeni yolların salınması əhalinin təhlükəsizliyinin təmin edilməsi prinsipi və əsasən birinci dərəcəli yolların tikilməsi ilə davam etdiriləcək.AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
Bakıda havanı toz basıb: Səbəbi nədir?
13:32 22.09.2026
Bakıda havanı toz basıb: Səbəbi nədir?
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
13:27 22.09.2026
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
13:07 22.09.2026
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
Sabah hava necə olacaq?
13:05 22.09.2026
Sabah hava necə olacaq?
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
13:03 22.09.2026
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
12:50 22.09.2026
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”
12:49 22.09.2026
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
12:44 22.09.2026
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb